Accessibility links

İranda 5.8 bal gücündə zəlzələ olub


İranda 5.8 bal gücündə zəlzələ olub
İranda 5.8 bal gücündə zəlzələ olub

Ardıcıl yeraltı təkanlar nəticəsində 32 nəfər yaralanıb

İranın cənubunda ucqar ərazilərdə baş vermiş bir neçə zəlzələ nəticəsində 32 nəfər xəsarət alıb. ABŞ geoloji sorğusu göstərir ki, Fars və Hormuzqan vilayətlərinin sərhədi boyu 5.8 bal gücündə yeraltı təkan qeydə alınıb. Bundan 12 dəqiqə sonra isə 5.1 bal gücündə ikinci zəlzələ və bir neçə başqa titrəyiş baş verib. İran dövlət mətbuatının bildirdiyinə görə, təkanlar 4 kənddə dağıntılara və insanların xəsarət almasına səbəb olub. Xəbərlərdə habelə bildirilir ki, zəlzələ körfəz adası olan Kişdə də hiss edilib. Qeyd edək ki, İran seysmik zonada yerləşdiyi üçün orada tez-tez yeraltı təkanlar qeydə alınır.

XS
SM
MD
LG