Accessibility links

İranda 9 nəfər edam edilib


İranda 9 nəfər edam edilib
İranda 9 nəfər edam edilib

Məhbuslar Kirmanşah vilayətində və Savə şəhərində edam olunub

Noyabrın 29-da İranda 9 məhbus dar ağacından asılıb. APA Agentliyinin məlumatına görə, məhbuslardan 8-i Kirmanşah vilayətində, biri isə Savə şəhərində edam olunub.
Kirmanşah vilayətinin baş prokuroru Müctəba Maliki deyib ki, vilayətdə dara çəkilən məhbuslardan 6-sı külli miqdarda narkotik maddələrin daşınması, satışı və istifadəsində günahlandırılır. Onlardan 5-i kişi, biri isə qadındır. İki nəfər isə təcavüzdə ittiham olunub. 8 məhbus da xalqın gözü qarşısında edam olunub.
Savə şəhər prokurorluğundan isə bildirilib ki, bu gün “Xəlic fars” meydanında kütlənin iştirakı ilə bir nəfər dara çəkilib. Həmin məhbus oğurluqda və təcavüzdə günahlandırılıb.

XS
SM
MD
LG