Accessibility links

İranda azərbaycanlı jurnalistlər həbs edilib


ETTELAAT Əli Hamid İmanı və Əli Ağazadəni qəzetin redaksiyasında tutub.

İranda azərbaycanlı jurnalistlər Əli Hamid İman və Əli Ağazadə (Haray) tutulublar.

Əli Hamid İman “Şəmsi Təbriz” qəzetinin baş redaktoru, Əli Ağazadə həmin qəzetin əməkdaşıdır. “Şəmsi Təbriz” qəzeti işıq üzü görmür, bu nəşrin fəaliyyətinə qadağa qoyulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Əli Hamid İman və Əli Ağazadəni qəzetin redaksiyanda tutub aparıblar.

Hər iki jurnalistin evində axtarış aparılıb, onlara məxsus kompüterlər, əlyazmalar, CD-lər və bir sıra digər şəxsi əşyalar götürülüb.

Təbrizli jurnalistlərin hazırda harada saxlandığı, konkret nədə günahlandırıldığı bilinmir.

XS
SM
MD
LG