Accessibility links

İranda incəsənət işçilərinə qarşı təqiblər başlayıb


İranda incəsənət işçilərinə qarşı təqiblər başlayıb
İranda incəsənət işçilərinə qarşı təqiblər başlayıb

İran Kino Evi 1986-cı ildən fəaliyyət göstərir. Prezident seçkilərində bir çox rejissorlar hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilib.

İran İslami İrşad və Mədəniyyət Nazirliyinin qərarı ilə İran Kino Evi bağlanılıb.

APA Agentliyinin məlumatına görə, bu barədə təşkilatın İdarə Heyətinin sədri Fərhad Tohidi açıqlama verib. O bildirib ki, nazirliyin İran Kino Evinin bağlanması ilə bağlı qərarını dekabrın 3-də öyrəniblər: “Bizə İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən göndərilən məktubda yazılıb ki, təşkilatın fəaliyyəti dayandırılıb. Əgər fəaliyyətə davam etsəniz, 48 saat ərzində bütün üzvlər qanunla cəzalandırılacaq”. Bu barədə İranın xəbər agentlikləri və xəbər saytları, o cümlədən MEHR xəbər agentliyi, Tabnak vebsaytı da məlumat veriblər. Gündəlik "Həmşəhrin" qəzetinin saytı da bu xəbəri təstiqləyib.

Lakin təşkilatın vəkili bunu qanunsuz adlandırıb. Çünki İran qanunvericiliyinə görə, təşkilatı bağlamaq qərarını nazirlik yox, məhkəmə verir.
Qeyd edək ki, İran Kino Evi 1986-cı ildən fəaliyyət göstərir. Film istehsalı ilə məşğul olan təşkilatda rejissorlar, aktyor heyəti və başqa incəsənət adamları çalışır. Son prezident seçkilərindən sonra təşkilata üzv olan bir çox rejissorlar hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilib. Bir müddət öncə İran İslami İrşad və Mədəniyyət Nazirliyi qanunsuz fəaliyyətdə ittiham etdiyi İran Kino Evinin bağlanması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi gələn həftə keçiriləcək.

XS
SM
MD
LG