Accessibility links

İranda intiharçı hücumunda şübhəli bilinən doqquz nəfər həbs edilib


İranda intiharçı hücumunda şübhəli bilinən doqquz nəfər həbs edilib
İranda intiharçı hücumunda şübhəli bilinən doqquz nəfər həbs edilib

Doqquzuncu şübhəli şəxs Pakistan sərhədi yaxınlığında həbs edilib

İran rəsmiləri ölkənin cənub-şərqində şiə dini mərasimində 39 nəfərin ölümü ilə nəticələnən iki intiharçı hücumunda şübhəli bilinən 9 nəfəri həbs ediblər. İran dövlət televiziyası Kəşfiyyat Nazirliyinin rəsmisinə istinadən dünən partlayışın baş verdyi Sistan-Bəlucistan vilayətində şübhəli hesab edilənlərdən səkkizinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildiriblər. Dünən səhər yerli rəsmilərdən biri doqquzuncu şübhəli şəxsi hücumla bilavasitə əlaqədar terroçu adlandıraraq, onun Pakistan sərhədi yaxınlığında həbs edildiyini bildirib.

XS
SM
MD
LG