Accessibility links

İranda otuzdan çox azərbaycanlı fəal həbs edilib


İranda otuzdan çox azərbaycanlı fəal həbs edilib
İranda otuzdan çox azərbaycanlı fəal həbs edilib

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək ən azı 30 fəalı tutub bilinməz istiqamətə aparıb. Avqustun 24-də dinc mübariz Aydın Zakir də tutulub.

Avqustun 24-də İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə iftar süfrəsinə qatılan 30 azərbaycanlı fəal tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək ən azı 30 fəalı tutub bilinməz istiqamətə aparıb.

Tutulanların hamısının kimliyi bilinməsə də, onların arasında bu fəalların olduğu təsdiq edilib: Əziz Purvəli, Mustafa Əvəzpur, Cəmşid Zarei, Hüseyn Nəsiri, Əkbər Mühacir, Murtuza Əvəzpur, Murtuza Muradpur, Yasər Salmani Rzayi.

“Media forum”un digər məlumatında isə deyilir ki, avqustun 24-də Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Aydın Zakir də tutulub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Xiyav (Meşkinşəhr) şöbəsinin əməkdaşları Aydın Zakiri axşam saatlarında evindən bilinməz istiqamətə aparıb. Evdə axtarış aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir.

XS
SM
MD
LG