Accessibility links

İranda sərnişin təyyarəsinin ABŞ tərəfindən vurulmasının ildönümü qeyd edilib


İranda sərnişin təyyarəsinin ABŞ tərəfindən vurulmasının ildönümü qeyd edilib
İranda sərnişin təyyarəsinin ABŞ tərəfindən vurulmasının ildönümü qeyd edilib

Prezident Mahmud Əhmədinejad hadisəni “insani fəlakət” adlandırıb

Bu gün İranda sərnişin təyyarəsinin ABŞ tərəfindən salınmasının 22-ci ildönümü qeyd edilib. Hadisənin qurbanı olmuş 290 adamın ailə üzvləri təyyarənin düşdüyü yerə gül qoyublar. İranın Tələbə xəbər agentliyinin bildirdiyinə görə, prezident Mahmud Əhmədinejad hadisəni “insani fəlakət” adlandırıb.

İranın Bəndər Abbas şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə istiqamət alan təyyarə 1988-ci ilin iyul ayının 3-də vurulub salınmışdı. ABŞ təyyarənin döyüş təyyarəsi hesab edilərək, səhvən vurulduğunu bildirib. Amerika hadisəyə görə 100 milyon dollar məbləğıində kompensasiya ödəyib.

XS
SM
MD
LG