Accessibility links

İranlı azərbaycanlıların təşkilatları vahid hərəkatda birləşəcək


İranlı azərbaycanlıların təşkilatları vahid hərəkatda birləşəcək
İranlı azərbaycanlıların təşkilatları vahid hərəkatda birləşəcək

İran rejiminə qarşı bu ölkənin daxilində və xaricində mübarizə aparan, o cümlədən milli haqları uğrunda mübarizə aparan bütün təşkilatların vahid hərəkatda birləşməsi ilə bağlı ideya irəli sürülüb. Bununla yanaşı, Güney Azərbaycandan olan mühacirlərin Azərbaycan Respublikasında statusunun müəyyənləşməsi diqqət mərkəzində olub.

Azərbaycanda yaşayan İrandan olan azərbaycanlı siyasi mühacirlərinin mətbuat konfransı olub.
Konfransda İran rejiminə qarşı bu ölkənin daxilində və xaricində mübarizə aparan, o cümlədən milli haqları uğrunda mübarizə aparan bütün təşkilatların vahid hərəkatda birləşməsi ilə bağlı ideya irəli sürülüb. Bununla yanaşı, Güney Azərbaycandan olan mühacirlərin Azərbaycan Respublikasında statusunun müəyyənləşməsi diqqət mərkəzində olub.
“Azərbaycan güneyindən, quzeyindən asılı olmayaraq, bütün azərbaycanlıların vətənidir. Qarabağ, Xocalı, 20 yanvar, İranda olan azərbaycanlıların hüquqlarının tapdanması, zindanlara salınması bütün azərbaycanlıların ümumi dərdidir. Azərbaycan Respublikası da güneydən olanların burada hansı statusa malik olduğunu deməlidir. Bu günlərdə bununla bağlı Azərbaycan prezidentinə də müraciət edəcəyik”, - deyə Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə qeyd edib.
Güney Azərbaycanda və xaricdə fəaliyyət göstərən istiqlalçılar, millətçilər, federallar, federal demokratlar, mücahidlər və başqa yönümlü bütün təşkilatlar vahid hərəkatda birləşməlidir. Mətbuat konfransında iştirak edən müxtəlif təşkilatları təmsil edən nümayəndələr bu ideyanı dəstəkləyib. “İlk öncə Güneydə fəaliyyət göstərən təşkilatlarla xaricdə fəaliyyət göstərən təşkilatlar arasında dialoq yaranmalıdır. Bundan sonra isə vahid mübarizə konsepsiyası yaradılmalıdır. Güneydən qaçmış 4 milyon insanın Azərbaycan Respublikasında bir ofisi açılmalıdır”, - deyə Babək Muğanlı qeyd edib.
Çıxışlarda Güney Azərbaycanın Yaşıl Hərəkatı müdafiə edib-etməməsi diqqət mərkəzində olub. Bəzi natiqlər İranda federal sistemin yaradılmasını dəstəkləsə də, digərləri islam rejiminin bütövlükdə aradan qaldırılmasının vacibliyini irəli sürüb. Çıxışlarda Musəvi və Kərrubi tənqid də edilib. “Musəvi 8 il Xomeyninin gözünün işığı olub. İranda minlərlə azərbaycanlının qətlinə və işgəncəsinə göstəriş verib. Musəvi ilk öncə bunları etiraf etməlidir. Sonra proqramında milli hüquqları müdafiə edəcəyini bəyan etməlidir”, - deyə Məhəmmədrza Ləvai qeyd edib.
“Bizimlə molla rejimi arasında qanla dolu bir dəniz var. Bu, mollalar tərəfindən qətlə yetirilmiş, zindanlarda öldürülmüş Azərbaycan gənclərinin qanı ilə dolmuş bir dənizdir. Azərbaycan gəncinin işgənclər altında boynu əzilib, amma əyilməyib. Azərbaycanlılar yalnız öz bayrağının altında gəzəcək”, - deyə Xalq Mücahidlərinin bir nümayəndəsi bildirib.

XS
SM
MD
LG