Accessibility links

İranlı deputatlar Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib


İranlı deputatlar Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib
İranlı deputatlar Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib

Deputatların fikrincə, Səudiyyə Ərəbistanı qüvvələrinin Bəhreyndə tökdüyü qanlar ABŞ və Böyük Britaniyanın göstərişi ilə həyata keçirilir.

İran parlamentinin 200 deputatı aprelin 6-da bəyanat yayaraq Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı qüvvələrinin Bəhreyndə tökdüyü qanlar ABŞ və Böyük Britaniyanın göstərişi ilə həyata keçirilir: “Bu gün İraq, Livan, Küveyt, Əfqanıstan və digər ölkələrdəki müsəlmanların etiraz fəryadı Səudiyyə Ərəbistanı işğalçılarının məzlum Bəhreyn xalqına qarşı törətdiyi dəhşətli cinayətlərə qarşı yönəlib. Səudiyyə Ərəbistanı ordusu mədəniyyət və islami qeyrətdən xali bir ordudur.

Bütün müsəlmanlar Səudiyyə Ərəbistanı işğalçılarının Bəhreyn ərazisindən çıxmasını tələb edir. Səudiyyə Ərəbistanı ordusunun gücü və hünəri varsa, gedib sionist rejiminin məzlum Fələstin xalqına qarşı törətdiyi cinayətlərin qarşısında dayansın. Bəhreyndə müdafiəsiz insanların evlərinə hücum çəkmək bir ordunun gücünə dəlalət etmir, əksinə, onun nə qədər zəif olduğunu göstərir”.

Fevralın 14-dən Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Müxalifət yeni konstitusiyanın qəbul olunmasını, hökumətin seçki yolu ilə formalaşdırılmasını tələb edib.

Kral Hamad Al-Xəlifə martın 15-i Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Fövqəladə vəziyyətin tətbiqi nümayişçilərə qarşı əməliyyatlarla müşayiət olunub. Nəticədə ölən və yaralananlar olub, həbslər həyata keçirilib.

Bəhreyndə əhalinin əksər hissəsi şiə müsəlmanlar olsa da, ölkəni sünni təriqətinə məxsus müsəlmanlar idarə edir.

XS
SM
MD
LG