Accessibility links

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib


İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Dünya Azərbaycanlıları Konqresi İran mediasında Azərbaycana qarşı təhqirlərə, Azərbaycanın daxili işlərinə qarışmasına və ekstremizmin yaradılması cəhdlərinə, Güney Azərbaycan ərazisində azərbaycanlıların həbsinə, milli fəalların repressiyasına, insanlara siyasi baxışlarına görə zülm edilməsi siyasətinə, Ermənistana yardımlara, nüvə silahının əldə edilməsi hərəkətlərinə son qoyulmasını tələb edir

Dünya Azərbaycanlıları Konqresinin İranın Bakıdakı səfirliyi qarşısında keçirdiyi piket zamanı İranın Azərbaycan Respublikası ilə bağlı siyasəti və İranda yaşayan azərbaycanlılarla əlaqədar olaraq yürütdüyü siyasətlər təngid edilib. Polis piketçiləri İran səfirliyinin qarşısına buraxmasa da, piketçilər etirazlarını bildiriblər. DAK sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı İranda yaşayan azərbaycanlıları molla rejiminə qarşı mübarizəyə çağırıb. “İran rejimi Azərbaycanın daxili işlərinə qarışır, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qaz kəməri çəkir. Molla rejimi İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarını tapdayır. İrandakı 35 milyon Azərbaycan xalqı buna dözməməlidir, etiraz səsini qaldırmalıdır”, - deyə o vurğulayıb.

Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sədri Əjdər Tağıyev onun dediyi kimi desək, İranın antiazərbaycan siyasətini kəskin tənqid edib. O İran hakimiyyətini azərbaycanlıların milli azadlıqlarına qarşı qəddarlıqda suçlayıb.

Piketçilər qətnamələrini İran səfirliyinə təqdim ediblər. Sənəddə deyilir ki, İran mediasında Azərbaycana qarşı təhqirlərə, Azərbaycanın daxili işlərinə qarışmasına və ekstremizmin yaradılması cəhdlərinə, Güney Azərbaycan ərazisində azərbaycanlıların həbsinə, milli fəalların repressiyasına, insanlara siyasi baxışlarına görə zülm edilməsi siyasətinə, Ermənistana yardımlara, nüvə silahının əldə edilməsi hərəkətlərinə son qoysun.

XS
SM
MD
LG