Accessibility links

İranın kəşfiyyat naziri amerikalı səyahətçilərin məhkəmə qarşısına çıxarılacağını bildirib


İranın kəşfiyyat naziri amerikalı səyahətçilərin məhkəmə qarşısına çıxarılacağını bildirib
İranın kəşfiyyat naziri amerikalı səyahətçilərin məhkəmə qarşısına çıxarılacağını bildirib

İran hökuməti Bauer və Fattalı İranda casusluq etmək məqsədi ilə İraqdan sərhədi qanunsuz keçməkdə ittiham edir

İranın kəşfiyyat naziri Heydər Moslehi iki amerikalı səyahətçinin məhkəmə qarşısına çıxarılacağı barədə məlumatı təsdiq edib. Nazir məhkəmənin nə vaxt keçiriləcəyi barədə heç nə deməsə də, İran mediasına idarəsinin Şeyn Bauer və Coş Fattal barədə dəlilləri məhkəməyə təqdim edəcəyini bildirib. İran hökuməti Bauer və Fattalı İranda casusluq etmək məqsədi ilə İraqdan sərhədi qanunsuz keçməkdə ittiham edir. Onlarla birlikdə həbs edilən Sara Şourd keçən ay 500,000 dollar müqabilində zaminə buraxılıb. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton dünən deyib ki, İran Vaşinqtona Bauer və Fattalın məhkəməsinin noyabrın 6-da keçiriləcəyini bildirib.

XS
SM
MD
LG