Accessibility links

İranın müxalifət liderinin evinə gedən küçəyə darvaza qoyulub


İranın müxalifət liderinin evinə gedən küçəyə darvaza qoyulub
İranın müxalifət liderinin evinə gedən küçəyə darvaza qoyulub

Musəvinin qızları öz yazılarında bildiriblər ki, neçə dəfə evlərinə getsələr də, qapıda keşik çəkən maskalı və silahlı şəxslər onları təhdid edərək geri qaytarıblar.

İran müxalifətinin liderləri Mirhüseyn Musəvinin qızları “Kalameh” saytında yerləşdirdikləri yazıda iki həftədir ev dustaqlığında saxlanan valideynlərinin durumundan, onların sağ olub-olmamasından xəbər tuta bilmədiklərini bildirib.

“Kalameh” Musəviyə yaxın saytdır və Musəvinin qızlarının yazısı bu saytda fevralın 24-də yerləşdirilib.

“Media forum” saytının məlumatına görə, Musəvinin qızları öz yazılarında bildiriblər ki, neçə dəfə evlərinə getsələr də, qapıda keşik çəkən maskalı və silahlı şəxslər onları təhdid edərək geri qaytarıblar: “Hökumət qüvvələri evimizə gedən döngədə darvaza qoyublar və gəlib-gedənləri yoxlayırlar. Biz axırıncı dəfə valideynlərimizlə fevralın 14-də telefonla danışa bilmişik. O gündən onlardan xəbərimiz yoxdur.

Atamızın şəxsi cangüdənlərini də qovublar. İndi valideynlərimizə tam olaraq təhlükəsizlik qüvvələri nəzarət edir. Onların hətta yeməyini də bu qüvvələrin əməkdaşları aparıb verir. Biz valideynlərimizin taleyindən, onların səhhətindən, onlara verilən qidanın tərkibindən ciddi narahatlıq keçiririk.

Neçə dəfə dözməyib axşam saatlarında, bir-iki dəfə də gecəyarısı onlardan xəbər tutmaq üçün evimizə getmişik. Amma darvazanın ağzında keşik çəkən maskalılar bizi təhqir və təhdid edərək geri qaytarıblar. Evimizin gecələr qaranlıqda qalması, evdə işığın yanmaması da bizi ciddi narahat edir. Beynimizə min bir fikir gəlir. Valideynlərimizi nəzarətdə saxlayan məmurlar bizimlə kobud davranıb söyüş söyüblər. Onlar bizə deyiblər ki, bir də bura gəlsəniz, zəng edərik, sizi də tutub apararlar. Hər dəfə məyus-məyus geri qayıdanda dalımıza düşüb bizi təqib edirlər”.

XS
SM
MD
LG