Accessibility links

İraqda bomba partlayışları baş verib


Bağdadın şimalında iki ayrı-ayrılıqda baş verən partlayışlar bir polis zabitinin ölümü və 3 mülki vətəndaşın yaralanması ilə nəticələnib

İraq polisi bildirir ki, ölkə boyu maşın bombaları azı bir nəfərin ölümü və ondan çox adamın yaralanması ilə nəticələnib. Mosul şəhərinin mərkəzində baş verən partlayış 11 mülki vətəndaşı yaralayıb. Bağdadın şimalında iki ayrı-ayrılıqda baş verən partlayışlar bir polis zabitinin ölümü və 3 mülki vətəndaşın yaralanması ilə nəticələnib. Bu arada ABŞ hərbi qüvvələri iraq əsgərlərinin Ənsər Əl-İslam qrupunun rəhbərini yaxaladıqlarını xəbər verir. Bağdadın Mənsur və Əzamiyyə məhəllələrində aparılan əməliyyatlarda əlavə yeddi terror şübhəlisi saxlanılıb.

XS
SM
MD
LG