Accessibility links

İraqda bomba və silahlı hücumlar nəticəsində 67 nəfər həlak olub


Öldürülənlər arasında polis işçiləri və əsgərlər var

İraq rəsmilərinin bildirdiyinə görə, ölkə boyu baş vermiş bomba partlayışları və silahlı hücumlar nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb. Hilla şəhərində avtomobildə yerləşdirilmiş iki bombanın partlaması nəticəsində 36 nəfərin həlak olub, 100-ə yaxın insan müxəlif dərəcəli bədən xəsarəti alıb. Təhqiqatçılar deyir ki, partlayışlar Bağdaddan 95 kilometr cənubda tekstil fabrikinin qarşısında baş verib. Bu gün səhər Süveyra şəhərinda həyata keçirilən iki hücum isə 13 nəfərin ölümü, 70 nəfərin yaralanması ilə nəticələnib. Paytaxt Bağdadda silahlı şəxslər 6 yoxlanış məntəqəsinə hücum edərək İraqın 7 əsgər və polisini qətlə yetirib. Başqa bir insident zamanı isə polis zabitlərini hədəf alan hücum nəticəsində iki nəfər həlak olub. Tarmiya şəhərində həyata keçirilmiş hücum isə 3 nəfərin həyatına son qoyub. Bomba hücumu nəticəsində 16 nəfərin isə yaralandığı bildirilir.

XS
SM
MD
LG