Accessibility links

İraqda vertolyot qəzaya uğrayıb


Hadisə zamanı 4 nəfər əsgər ölüb

Bağdad polisi bildirir ki, Sədr şəhəri yaxınlığında dövlət bankının qarşısında baş vermiş bomba hücumu zamanı 5 nəfər həlak olub. Rəsmilərin sözlərinə görə, partlayış bu gün səhər insanlar pensiyalarını almaq üçün növbəyə dayanan zaman baş verib. Ən azı 12 nəfərin xəsarət aldığı bildirilir. Bu gün habelə qum qasırğası İraqın bir hərbi vertolyotunun qəzaya uğramasına səbəb olub. Hadisə zamanı 4 nəfər əsgər ölüb. Dünən İraqa səfər edən ABŞ hərbi qərargahlar rəisi admiral Maykl Mallen keçən il ABŞ qüvvələrinin əsas şəhərlərdən çıxmasından sonra İraq təhlükəsizlik qüvvələrinin gördüyü işləri yüksək qiymətləndiyib. Onun sözlərinə görə, bir illə müqayisədə ölkədə zorakılıqlar həddən artıq azalıb və 2003-cü ildən bəri ən aşağı səviyyəsinə çatıb.

XS
SM
MD
LG