Accessibility links

İraqdakı döyüş əməliyyatlarının başa catdırılması ilə İraqda 50000 əsgər qalır


Bu gün açıqlanan bəyanatda deyilir ki, qüvvələrin İraqı tərk etməsi prezident Obamanın müəyyən etdiyi vaxt cədvəlinə əsasən, yəni avqust ayının 31-də başa çatdırılacaq

ABŞ ordusunun bildirdiyinə görə, İraqdakı döyüş əməliyyatlarının başa catdırılması ilə İraqda 50000 əsgər qalır. Bu gün açıqlanan bəyanatda deyilir ki, qüvvələrin İraqı tərk etməsi prezident Obamanın müəyyən etdiyi vaxt cədvəlinə əsasən, yəni avqust ayının 31-də başa çatdırılacaq. İraqda qalan ABŞ qüvvələri İraqın təhlükəsizlik qüvvələrinə təlimlər verəcək, əks-terror əməliyyatları və İraqın yenidənqurma işlərində orduya yardım göstərəcək. Amerika qüvvələri İraqı 2011-ci ildə tamamilə tərk etməlidir.

XS
SM
MD
LG