Accessibility links

İŞİD Rəqqada məğlubiyyətə uğrayıb


ABŞ-ın dəstəklədiyi Suruya Demokratik Qüvvələri Rəqqanın qalan hissələrinin İŞİD-dən azad edildiyini bildirib.

Kürdlər və ərəblərin yarı-hərbi dəstələrindən ibarət SDF qrupunun sözçüsü müxbirlərə Rəqqa uğrunda döyüşlərin sona çatdığını deyib. Britaniyada qərargahlanan Suriya İnsan Hüquqları Müşahidə qrupu da Rəqqanın azad edildiyini elan edib.

SDF qrupunun döyüşçüləri İŞİD-in komanda mərkəzi kimi istifadə etdiyi xəstəxananın ələ keçirilməsindən sonra sonuncu bazası olan stadiona hücu edib.

Rəqqada militantlara qarşı hücum əməliyyatları iyun ayında başlayıb. Bu əməliyyyatlara ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən havadan və başqa şəkildə dəstək verilib.

Koalisiyanın sözçüsü polkovnik Ryana Dillon Twitter səhifəsində yazıb ki, Rəqqanın 90 faizi SDF qüvvələrinin nəzarəti altındadır.

İŞİD hələ də Deyr Əzzor vilayətinin şərqində və Fərat çayı vadisindən cənubda bəzi ərazilərə nəzarət etməyə davam edir.

SDF qüvvələrinin Rəqqanı azad etməsinə baxmayaraq, ərazidə humanitar böhran daha pisləşib. Bu barədə Save the Children beynəlxalq uşaq hüquqlarını müdafiə qrupu bildirir.

Təşkilatın direktoru Sonia Xuş bəyanatında humanitar böhranın ən pis səviyyədə olduğunu bildirib.

XS
SM
MD
LG