Accessibility links

Koalisiya Rəqqanın 95 faizinin nəzarət altına alındığını təsdiq edib


ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Rəqqa şəhərinin 95 faizinin nəzarət altına alındığını təsdiq edib.

Polkovnik Rayan Dillonun dediyinə görə, bu gün şəhərin bir neçə kvartalında təmizləmə əməliyyatları davam etdirilib.

Dünən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri Rəqqanın qalan hissələrinin İŞİD-dən azad edildiyini bəyan etmişdi.

Kürdlər və ərəblərin yarı-hərbi dəstələrindən ibarət SDF qrupunun sözçüsü müxbirlərə Rəqqa uğrunda döyüşlərin sona çatdığını deyib. Britaniyada qərargahlanan Suriya İnsan Hüquqlarının Müşahidəsi qrupu da Rəqqanın azad edildiyini elan edib.

SDF qrupunun döyüşçüləri İŞİD-in komanda mərkəzi kimi istifadə etdiyi xəstəxananın ələ keçirilməsindən sonra qrupun sonuncu bazası olan stadiona hücum edib.

Rəqqada militantlara qarşı hücum əməliyyatları iyun ayında başlayıb. Bu əməliyyyatlara ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən havadan və başqa şəkildə dəstək verilib.

XS
SM
MD
LG