Accessibility links

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə hökm oxunub [Video]


Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə hökm oxunub
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Təqsirləndirilən şəxslər 9-13 il azadlıqdan məhrum edilib

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirən şəxslərin məhkəmə prosesi başa çatıb.

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin ölümündə təqsirləndirilən beş nəfərə hökm oxunub.

Onlardan Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev 9 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin valideynləri və vəkilləri hökmün ədalətsiz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Hökmdən sonra tərəflər arasında mübahisə yaranıb.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

K.Mədətov, C.Məmmədov və S.Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.

C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG