Accessibility links

Rasim Əliyevin valideynləri prezidentə müraciət edib


Rasim Əliyevin atası
Rasim Əliyevin atası

Cənab prezident, narahatlıqlarımız sizə müraciət etməyimizə səbəb olub. Siz Rasim Əliyev qətlə yetirildiyi andan etibarən bu işi öz şəxsi nəzarətinizə götürübsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq və qərəzsiz araşdırılmasını təmin edəsiniz.

Bu barədə bu il avqustun 8-də döyüldükdən sonra xəstəxanada vəfat etmiş jurnalist Rasim Əliyevin valideynlərinin prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

Valideynlər bildirir ki, onlar və şahidlər tərəfindən istintaqa təqdim olunmuş çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətlərə istintaq 21.12.2015 tarixində rədd cavabı verib: "İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyətlər var, hansılar ki, istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz. Həmçinin dekabrın 22-də təqsirləndirilənlər Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126 .3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Şəhər Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib".

Müraciətdə deyilir ki, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri üzrə təqsirləndirilən digər şəxs Cavid Hüseynova gəlincə isə, onun işi ayrıca icraata ayrılaraq məhkəməyə göndərilmək mərhələsindədir: "Bu fakt bizi narahat edir və Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizə ayrıca iş kimi təqdim olunmalıydı. Lakin biz və qarşı tərəf iş materialları ilə bir cinayət işi kimi tanış olmuşuq”, sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG