Accessibility links

Səhiyyə nazirinin jurnalistin ölümü ilə bağlı ifadə verməsi üçün vəsatət qaldırılıb [Video]


Səhiyyə nazirinin jurnalistin ölümü ilə bağlı ifadə verməsi üçün vəsatət qaldırılıb
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Səhiyyə nazirinin jurnalistin ölümü ilə bağlı ifadə verməsi üçün vəsatət qaldırılıb

Məhkəmə vəsatəti təmin etməyib

Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölüm işi üzrə növbəti məhkəmə iclası olub.

Məhkəmə R.Əliyevi müayinə və müalicə edən həkimlərin şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı vəkillərin və zərərçəkən tərəfin vəsatətini təmin etməyib.

Həmçinin məhkəmə səhiyyə naziri Oqtay Şirəliyevin şahid qismində məhkəməyə çağırılması barədə zərərçəkən tərəfin vəsatətini təmin etməyib.

Vəkil vəsatəti həkimlərin istintaqa verdikləri ifadələrlə Səhiyyə Nazirliyi rəhbərinin prokurorluğa məktubu arasında ziddiyyətlərin olması ilə əsaslandırıb.

Eyni zamanda hakim ilkin və komissiya ekspertizasını keçirən ekspertlər Hadı Hüseynovla Ziyafəddin Məmmədovun şahid qismində çağırılması barədə müttəhimlərdən birinin vəkilinin vəsastətini təmin edib.

Proses fevralın 16-da davam edəcək.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-da orada vəfat edib.

Jurnalistin ölüm faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynov tutulub.

Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Cavid Hüseynov Qəbələ futbol komandasının hücumçusudur. Jurnalistlə insident Hüseynovla bağlı Facebook səhifəsində tənqidi status yazdıqdan sonra baş verib.

Bu gün Rasim Əliyevin ölümündən 6 ay keçir. Ailə üzvləri, yaxınları və dostları məhkəmə iclasından sonra jurnalistin qəbrini ziyarət edib.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG