Accessibility links

Anders Foq Rasmussen: Rusiya Ukrayna sərhədlərinə yenidən qoşun yerləşdirir


NATO-nun baş katibi Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun yerləşdirdiyini bildirib. Bu, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya razılığı imzalayacağını bəyan etməsindən sonra baş verir.

Ukrayna prezidenti Petro Poroşenko razılığın iyunun 27-də imzalanacağını deyib. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin razılığı imzalamaqdan imtina etməsi ölkədə böyük etirazlara yol açmışdı.

Anders Foq Rasmussen bir neçə min əsgərdən ibarət hərbi qüvvənin UKrayna sərhədlərinə əlavə edildiyini deyib və bunu geriyə doğru atılan addım adlandırıb.

NATO-nun baş katibi bildirib ki, qüvvələrin sərhədə yerləşdirilməsi bir halda müsbət qitmətləndirilə bilərdi, döyüşçü və silah axınına mane olunduğu təqdirdə.

Rusiya ötən ay sərhədlərə 40 min nəfərlik qoşun yeritmişdi. Lakin NATO az sonra qoşunların geri çəkildiyini bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG