Accessibility links

"Digər siyasi məhbuslar da azadlığa buraxılsa..."


"Digər siyasi məhbuslar da azadlığa buraxılsa..."
please wait

No media source currently available

0:00 0:05:37 0:00

İnsan hüquqları müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, Mehman Hüseynov məsələsi Azərbaycan hakimiyyəti üçün, siyasi iradənin tətbiqi üçün çox yaxşı məqam yaradıb və həmin iradəni nümayiş etdirərək digər siyasi məhbusları da azadlığa buraxsa, burada qazanmış Azərbaycan hakimiyyəti olacaq.

Amerikanın Səsi: Bu gün Mehman Hüseynov barəsində yeni cinayət işinə tam xitam verildi. Çoxları buna ictimai qınağın və beynəlxalq təzyiqlərin səbəb olduğunu düşünür. Bu qınaq və təzyiqlərin əvvəlkindən daha aktiv və sərt olduğu da müşahidə edilir. Sizcə bu işi əvvəliklərindən fərqləndirən nə oldu?

Əvvəlki işlərdən fərqli olaraq, Mehmanla bağlı məsələ ilk növbədə Mehmanın özü tərəfindən ciddi şəkildə qalrdırıldı.
Rəsul Cəfərov

Rəsul Cəfərov: Mən düşünürəm ki, deyilənlər həqiqətdir, çünki əvvəlki işlərdən fərqli olaraq, Mehmanla bağlı məsələ ilk növbədə Mehmanın özü tərəfindən ciddi şəkildə qaldırıldı. Yəni adam həbsdə, bu vəziyyətdə olaraq aclıq aksiyasına başladı və aclıq aksiyasını ən müxtəlif formalarda davam etdirməyə səy göstərdi. Mənə elə gəlir ki, onun bu addımı eyni zamanda cəmiyyətdə bir maraq yaratdı bu işə, insanlarda intuitiv olaraq bir inam yaratdı ki, Mehman Hüseynov özü öz hüquqlarının müdafiəsindədir və biz də əlimizdə gələn hər şey ilə ona yardım etməliyik.

Məsələn, prezidentin, birinci xanımın və digər rəsmi şəxslərin Facebook və ya Instagram səhifələrinə hər dəfə nə isə yazılmır. Amma burda biz gördük ki, çox sayda insan, heç bir partiyanın üzvü olmayan, heç bir təşkilatın üzvü olmayan vətəndaşlar bu çağırışda bulundular həmin qeyd etdiyim səhifələrdə.

Bundan əlavə dəstək verən, razılaşdırılmamış deyə bilərik, amma əslində sərbəst toplaşmaq azadlığı ilə qorunan etiraz aksiyaları təşkil olundu, fleşmoblar şəklində və yaxud elə birbaşa piketlər şəklində. Bunun da böyük əhəmiyyəti oldu və sözsüz ki, beynəlxalq təsir də burada öz rolunu oynadı ki, baxmayaraq ki, bu hadisə ilin sonunda, beynəlxalq ictimaiyyətin adətən Yeni il və digər bayramlarla əlaqədar istirahət olduğu zaman baş verdi, amma çox qısa zamanda bu proses bərpa olundu və beynəlxalq ictimaiyyət öz reaksiyasını verdi. Sözsüz ki ötən həftə keçirilən etiraz aksiyası da bir göstərici idi. Məncə bu kompleks şəkildə bütün bu reaksiya həm ölkədaxili həm də xarici, amma ilk növbədə də ölkədaxili, Mehmanın işinə xitam verilməsi ilə yekunlaşdı.

Mehman Hüseynov
Mehman Hüseynov

Amerikanın Səsi: Bir çoxları bu proseslərin digər siyasi məhbusların da azadlığa buraxılmaları naminə davam etdirilməli olduğunu söyləyir. Siz nə deyə bilərsiniz bununla bağlı? Hansı addımlar atılmalıdır?

Rəsul Cəfərov: Bilirsiniz ki, siyasi məhbus məsələsi yeni problem deyil Azərbaycan üçün. Təəssüflər olsun ki, Azərbaycan vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, vəkillər, müxalifət partiyaları, qruplar illərdir müəyyən mənada bu problemlə məşğul olmaqdadırlar. Halbuki daha yaxşı olardı ki, əslində Azərbaycanın digər problemləri ilə məşğul olunsun, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi, ölkənin milli maraqları məsələləri, demokratik institutuların qurulması məsələləri və s.

Əslində bu, Azərbaycan hakimiyyəti üçün, siyasi iradənin tətbiqi üçün çox yaxşı məqam yaradıb və həmin iradəni nümayiş etdirərək digər siyasi məhbusları da azadlığa buraxsa, burada qazanmış Azərbaycan hakimiyyəti və ümumilikdə Azərbaycan dövləti olacaq, nəticədə həm də Azərbaycan insanları.
Rəsul Cəfərov

Ümumilikdə bu, Azərbaycanın ümumi inkişafına mane olan bir problemə çevrilib. Əslində bu, Azərbaycan hakimiyyəti üçün, siyasi iradənin tətbiqi üçün çox yaxşı məqam yaradıb və həmin iradəni nümayiş etdirərək digər siyasi məhbusları da azadlığa buraxsa, burada qazanmış Azərbaycan hakimiyyəti və ümumilikdə Azərbaycan dövləti olacaq, nəticədə həm də Azərbaycan insanları.

Nə etmək lazımdır? Əlbəttə ki, işləri davam etmək lazımdır. Yəni mən hüquq müdafiəçisi olaraq, deyə bilərəm ki, öz gördüyümüz və yaxud görə biləcəyimiz və görməyi planlaşdırdığımız işlər də var. Yəni, bu siyasi məhbus işlərini çalışacağıq ki, diqqətə alaq müəyyən hesabatlarla, müəyyən məlumatların yayılması ilə. O cüməldən beynəlxalq təşkilatlar var, hardakı Azərbaycan könüllü olaraq üzv olub və bu üzvlüklə də könüllü öhdəliklər götürüb. O cüməldən də siyasi məhbuslarla bağlı Avropa Şurası qarşısında konkret bir məsələ var. Bilirsiniz ki, Avropa Şurasının da hazırda siyasi məsələr üzrə Azərbaycanda məruzəçisi təyin olunub - İslandiyadan olan deputat xanım. Yəni bu istiqamətdə işləri davam etdirəcəyik. Və əlbəttə şəxsi istəyim də onban ibarətdi ki, cəmiyyətdə də siyasi məhbus probleminə biganə yanaşılmasın. Digər siyasi məhbuslara da dəstək olsun, istər etiraz aksiyaları, istər fleşmoblarla, istər sosial şəbəkə vasitəsilə, yəni kim nə bacarırsa, kim nə edə bilirsə, onunla.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG