Accessibility links

Rəsul Məhəmmədi zəlzələ bögəsindəki ağır durumu təsvir edir [Audio]


“Zəlzələ zonasında insanların durumu ağırdır,” deyə Əhər vilayətinə tez-tez səfər edən Rəsul Məhəmmədi Amerikanın Səsinə müsahibədə bildirir.

Avqustun 12-də Şərqi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində yüzlərlə adam həlak oldu, minlərlə adam evsiz-eşiksiz qaldı. Həmin vaxt İran hökuməti qısa vaxt kəsiyində zəlzələ qurbanlarına lazımi yardımın göstəriləcəyini deyirdi.

Lakin Məhəmmədinin sözlərinə görə soyuq hava şəraitində insanların böyük əksəriyyəti dözülməz çətinliklərlə üzləşir. Evlərin böyü əksəriyyəti bərpa olunmayıb və insanlar uçuq daxmalarda yaşayırlar. “Mən gecələr yata bilmirəm,” deyə Rəsul Məhəmmədi Əhər bölgəsində gördüklərinin onu xeyli narahat etdiyini deyir.

Milli fəal Azərbaycan türklərinin öz soydaşlarına lazımi kömək göstərməyə çalışdığını və xeyriyyə tədbirləri keçirdiyini deyir. Eyni zamana o, əlavə edir, dağılmış evlərin bərpası dövlət miqyasında səylər tələb edir.

Öz xalqının güzəranını yaxşılaşdırmaq əvəzinə isə İran hökuməti beynəlxalq qüdrətlərlə mübahisə edir, deyə Rəsul Məhəmmədi bildirir.

Təbrizli milli fəalla müsahibəni İnsifali Hidayət keçirib.

Rəsul Məhəmmədi zəlzələ bölgəsindəki ağır durumu təsvir edir
please wait

No media source currently available

0:00 0:12:13 0:00
XS
SM
MD
LG