Accessibility links

RATİ Azərbaycan hökumətini jurnalistləri həbsdən azad etməyə çağırır


RATİ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini jurnalistlər Əfqan Muxarlı, Araz Quliyev, Elçin İsmayıllı, Seymur Həzi və Ziya Əsədlini hər hansı əlavə məhdudiyyət tətbiq etmədən, dərhal və qeyd-şərtsiz həbsdən azad etməyə çağırır.

Bu barədə RATİ-nin bəyanatında deyilir.

Qurum həmçinin beynəlxalq ictimaiyyəti dərhal bu jurnalistlərin və Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olmağa çağırır.

RATİ bir sıra jurnalistlərin, hüquq müdafiəçilərinin və yazıçıların xarici səfərlərinə qadağadan istifadəni də qətiyyətlə pisləyir.

Onlar arasında vəkil Əsabəli Mustafayev, yazıçı Əkrəm Əylisli, jurnalistlər Aytac Əhmədova, Anar Məmmədov, Aynurə Heydərova, Aytən Ələkbərova, Əziz Orucov, Babək Bəkir, Elnur Muxtar, Emin Aslan, Fatimə Mövlamlı, Xədicə İsmayılova, Rasim Qaraca, Mustafa Hacıbəyli, Tural Əsədov, İzolda Ağayeva, Şahvələd Namazov, Natiq Cavadlı, Səlimə Cəlilova, Sevinc Abbasova və hüquqşünaslar Ənnağı Hacıbəyli, İntiqam Əliyev var.

"Azərbaycanda jurnalistlərin siyasi motivli təqiblərinə dərhal son qoymağı və onların yerdəyişmə azadlığnı təmin etməyi tələb edirik," bəyanatda qeyd edilir.

XS
SM
MD
LG