Hakim Bosniya serblərinin sabiq generalı Ratko Mladiçin Haaqadakı məhkəməsinin ikinci günündə prosesi təxirə salıb.
Media təxirə salınmanın səbəbi kimi ittihamçıların yol verdiyi xətaları göstərir.
Müharibə cinayətləri üzrə məhkəməsinin birinci günündə müttəhim qurbanlarının ailələri ilə kobud rəftar edib.
Beynəlxalq ittihamçılar Mladiçi 1990-cı illərdə Bosniya-Herseqovinada törədilən cinayətlərə görə 11 maddə, o cümlədən soyqırım üzrə ittiham edirlər.
İttiham tərəfi Mladiçin videolarını və telefon danışıqlarının stenoqramını Sarayevonun 43 ay davam edən mühasirəsi zamanı mülki vətəndaşların öldürülməsinə dəlil kimi təqdim edib.