Accessibility links

Rauf Şahbazov: Azərbaycanda soydaşlarımıza da yüksək səviyyəli tibbi xidmət göstərmək istəyirik


Rauf Şahbazov: Azərbaycanda soydaşlarımıza da yüksək səviyyəli tibbi xidmət göstərmək istəyirik
please wait

No media source currently available

0:00 0:18:22 0:00

Bu yaxınlarda Vaşinqtonda Amerika-Azərbaycan Tibb Assosiasiyasının birinci qurultayı keçirilib. 2017-ci ildə yaranan təşkilat Azərbaycanla tibb sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanlarının genişləndirilməsinə çalışır. Amerika-Azərbaycan Tibb Assosiasiyasının prezidenti və həmtəsisçisi Rauf Şahbazov Amerikanın Səsinin Amerika icmalı proqramında ABŞ-da tibbi fəalliyəti, Assosiasiyanın məqsədləri və Azərbaycanla tibbi əlaqələrdən danışıb.

Cərrah Rauf Şahbazov
Cərrah Rauf Şahbazov

Amerika Transplant Cərrahiyyə Cəmiyyyətinin üzvü olan Rauf Şahbazov hazırda Nyu York ştatının Upstate Tibb Universiteti xəstəxanasında transplant cərrah, pankreas adacıq hüceyrələri transplantasiyası proqramının direktoru və cərrahiyyə üzrə asistent professor kimi çalışır. 2012-ci ildən Amerika Birləşmiş Ştatlarında yaşayan cərrah həkim deyib ki, Amerika-Azərbaycan Tibb Assosiasiyası təşkil etmək ideyası ABŞ-da fəaliyyət göstərən azərbaycanlı tibb işçilərinin bir araya gəlməsi və təcrübələrini bölüşə bilməsi üçün platformanın yaradılması ilə bağlı olsa da, əsas məqsədlərdən biri Azərbaycanda tibb sahəsinin inkişafı üçün yardım göstərilməsindən ibarətdir.

Ən yaxşı tələbəyə keçən il Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təqaüd təqdim etdik.

“Buradakı həkimlər hər hansı şəkildə danışanda bir-iki cümlədən sonra mütləq hər şey gedir Azərbaycana. Hər zaman fikirləşirsən ki, biz elə həmişə deyirik ki, biz Azərbaycana necə kömək edə bilərik. Çünki Azərbaycan bizim üçün ən əziz bir yerdir. Qohum-əqrabamız oradadır, dostlarımız ordadır. Biz ora çox bağlıyıq. Təbii ki, tibb hələlik post-sovet məkanındakı kimidir. Mən orada da işləmişəm. Bizim kolleqalar da həm təhsil alıblar, həm orada işləyiblər. Təbii ki, biz istəyirik ki, orada da hər hansı bir şəkildə köməklik edək öz kolleqalarımıza, öz həkim yoldaşlarımıza.”

Rauf Şahbazov Amerika-Azərbaycan Tibb Assosiasiyasının tibb sahəsində çalışan 50-dən çox üzvü olduğunu deyib.

Amerika-Azərbaycan Tibb Assosiasiyasının üzvləri
Amerika-Azərbaycan Tibb Assosiasiyasının üzvləri

“Sıralarımız getdikcə genişlənir, yeni tələbələr gəlir. İstedadlı həkimlərin sayı getdikcə artır və bizim təşkilatın hədəflərindən biri də oldur ki, burada Amerikada Azərbaycan həkimlərinin sayı artsın. Bilirsiniz ki, Amerikada həkim olmaq həm cəmiyyətdə, həm də elə digər sahələrdə də bir səs deməkdir, bir mövqe deməkdir. Ona görə də çox istəyirik ki, tələbələrimizin sayı artsın.”

Rauf Şahbazov Amerika-Azərbaycan Tibb Assosiasiyasının fəaliyyət planlarından danışıb.

Bizim məqsədlərdən biri də odur ki, Azərbaycanda imkansız insanlara yardım edək.

“Biz daha çox tibb maarifçiliyi, onlayn və onsayt fəaəliyyətlər vasitəsilə çalışırıq ki, tələblər, həkimlərə informasiya verək. Amerikada tibb təhsili, tibb təhsilindən sonra ixtisaslaşma yolları, ixtisaslaşma yollarında meydana çıxa biləcək risklər, onları necə aradan qaldırmaq, burada tibb sahəsində elmi işlər necə aparılır, onlar haqqında məlumatlar vermək. Digər tərəfdən, çalışıq ki, oradan qısamüddətli, uzunmüddətli insanlar üçün təlimlər təşkil edək. Onu da qeyd edim ki, sevindirici haldır ki, bu illər artıq Assosiasiyamızın vasitəsilə ilk post-doktoral təqaüdçü Azərbaycandan gəlib burada bizim xəstəxanamızda üç il müddətinə çalışmağa başlayıb. Digər tərəfdən, keçən ay seçdiyimiz digər bir cərrah bizim xəstəxanamızda bir ay müddətində təcrübə mübadiləsi aparacaq, buradakı sistemlə tanış olacaq. Bundan sonra yenə də qayıdacaq Azərbaycana və fəalliyyətini orada davam etdirəcək. Digər tərəfdən, burada Assosiasiyamızın kiçik imkanları daxilində bir təqaüd də təsis etdik. Ən yaxşı tələbəyə keçən il Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təqaüdü təqdim etdik. Bu şəkildə fəaliyyətlər aparırıq. Eyni zamanda, buradan Assosiasiya üzvləri Bakıya gedərkən seminarlar təşkil edirik, orada tələbələr və professional karyelarının müxtəlif mərhələlərində olan adamlara buradakı vəziyyəti çatdırırıq.”

Cərrah Rauf Şahbazov
Cərrah Rauf Şahbazov

Rauf Şahbazov Assosiasiya qarşısında duran əsas vəzifələrdən birinin Azərbaycanda soydaşlara tibbi yardımın göstərilməsindən ibarət olduğunu bildirib.

“Əlbəttə, biz çox istərdik, bizim məqsədlərdən biri də odur ki, Azərbaycanda imkansız insanlara yardım olunması. Elə insanlar var ki, müxtəlif səbəblərdən onlar hər hansı bir xəstəxanada əməliyyat olunmaq, adi diaqnoz qoymaq, həkimi görməyə belə imkanları olmur. Amma bizim vəzifələrimizdən, fəaliyyət istiqamətlərimizdən biri də onldan ibarətdir ki, vaxtaşırı olaraq, ildə bir dəfə, iki dəfə, neçə dəfə imkan olursa, Azərbaycanda da gedib o fəaliyyəti göstərmək, insanlara yardım göstərmək. Biz çox istərdik o fəaliyyəti göstərək.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG