Accessibility links

Rauf Arifoğlu: Mən nə etsəm birmənalı qarşılanmır [Video]


Rauf Arifoğlu: Mən nə etsəm birmənalı qarşılanmır
please wait

No media source currently available

0:00 0:09:27 0:00

Rauf Arifoğlu: Mən nə etsəm birmənalı qarşılanmır

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Amerikanın Səsinə müsahibədə mükafat almasına reaksiyalar, təmsil olduğu partiyadan çıxması və jurnalist fəaliyyətindən danışıb

Bu həftə Azərbaycanda milli mətbuatn 140 illiyi qeyd edildi. Bu münasibətlə Azərbaycan hökumətinin mükafatlandırdığı bir sıra mətbuat nümayəndəsi arasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da olub. Baş redaktorun ölkə prezidenti tərəfindən mükafatlandırılması sosial şəbəkələrdə tənqidlərlə qarşılan;b. Rauf Arifoğlu Amerikanın Səsinə müsahibədə mükafat almasına reaksiyalar, təmsil olduğu partiyada siyasi fəaliyyətini dayandırması və jurnalist fəaliyyətindən danışıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru atdığı bütün addımların birmənalı qarşılanmadığını deyərək, bu münasibəti başa düşmədiyini bildirib. “Biz qəzetçiyik, bütün düşərgələrlə paralel və bərabər münasibət olmalıdır. Hamı ilə kontakt olmalıdır. Bu, indiyə qədər Azərbaycanda yoxdur, olmaması səbəbindən də biz qarşıduran tərəflərin hansınınsa yanında durmaq və onlara xidmət etmək məcburiyyətində qalırıq və əzilən tərəf oluruq çox zaman”-deyə Rauf Arifoğlu bildirib.

Rauf Arifoğlu təmsil olduğu partiyadan çıxmaq qərarına da toxunaraq, bu addımı 1999-cu ildə atmağı düşündüyünü deyib. “1999-cu ilin sonlarında press klubda toplantı keçirərkən o zaman “Xalq” qəzetinin baş redaktoru Mahal İsmayıloğlu və mənim çıxışlarım oldu. Biz hər ikimiz 16 il bundan əvvəl bildirdik ki, düşərgə qəzetləri olmamalıdır, iqtidar, müxalifət qəzetləri olmamalıdır. Jurnalizm azad olmalıdır, partiya təmsilçiyi olmamalıdır və s. Lakin ölkədə vəziyyət Heydər Əliyevin xəstələnməsindən sonra elə həddə çatdı ki, münasibətlər kəskinləşdi, hər kəs düşündü ki, hakimiyyət dəyişəcək və media da tərəf tutdu, o cümlədən biz də tərəf tutduq, düşərgələşdik. Bu proses ləngidi”-deyə o bildirib.

O, son 9 ildə partiyda heç bir siyasi fəaliyyət aparmadığını deyib: “9 ildir sıravi üzvəm, heç bir iclasa qatılmıram, hətta rayon təşkilatlarının iclaslarına qatılmıram. Sadəcə uzun illər üzvü olduğum partiyaya informasiya dəstəyi verməklə məşğulam. “Müsavat” partiyasının keçən ilin sentyabrına təsadüf edən qurultayından əvvəl də bəyanat verdim və məndən dəstək istəyən partiya başqanlığına iddiaçılara məlumat verdim ki, İsa Qəmbər başqanlıqdan gedəndən sonra kimin başqan seçilməsindən asılı olmayaraq mən partiyadan gedəcəm.”

Baş redaktor atdığı addımla bağlı ona yönəlmiş tənqidlərə cavab verib: “İnformasiyanın ideolojiləşdirilməsini mən həyata keçirirdim. Yəni bir Lenin qəzetçiliyi kimi bir şey idi. Yanlış idi. Amma vəziyyətdən doğan bir məcburi addım idi. Artıq mənim də yaşımın irəliləyən vaxtıdır, 50 yaşına gəlib çatmışam. Bir neçə dəfə həbsxanada yatmışam və mən həbsxanada yatdığım 17 ay müddətində mənim partiyamın liderləri bir dəfə də mənim evimin qapısını açmayıblar. Bir dəfə də olsun mənim həbsxanada ziyarətimə gəlməyiblər. Belə bir vəziyyətdə təbii ki mən də nəticələr çıxarmalıyam və mənim də korporativ çıxarlarım, mənim də mətbu çıxarlarım olduqda mən də o çıxarların istiqamətində getməliyəm. Çünki mən artıq görürəm ki, bu cür fəaliyyətlə müxalifət özünü tükədib. Ən yaxın adamlar belə öz liderlərini tərk edirlər. Xaricə qaçırlar, ailələrini də götürüb çıxıblar. Bu o deməkdir ki, Azərbaycandan tam əllərini üzüblər. Oradan qəhrəmanlıq edirlər və oradan provokasiyalara yol verirlər. Azərbaycanda qalıb şərtlərə uyğunlaşaraq öz fəaliyyətini, missiyasını davam etdirmək istəyən insanları da ləkələyirlər. Bu cür bəsit və çirkin hərəkətə yol verirlər, çox təssüf”-deyə o, Amerikanın Səsinə bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG