Accessibility links

Rauf Məmmədov: Pandemiya və neft bazarında hazırkı durum neftdən asılı ölkələr üçün ikiqat böhran deməkdir


Rauf Məmmədov: Pandemiya və neft bazarında hazırkı durum neftdən asılı ölkələr üçün ikiqat böhran deməkdir
please wait

No media source currently available

0:00 0:21:41 0:00

Koronavirus böhranı dünya iqtisadiyyatını qlobal tənəzzül qarşısında qoyur. İqtisadçıların bir hissəsi pandemiya ilə mübarizə bitdikdən sonra dünya iqtisadiyyatının bərpası üçün 3 ilə yaxın vaxt tələb oluna biləcəyini proqnozlaşdırır. Eyni zamanda, ekspertlər neftin qiymətinin rekord səviyyədə düşməsi ilə dünya neft bazarında böhranın davam edəcəyi ilə bağlı narahatlıqlarını bildirir. Vaşinqtondakı Yaxın Şərq İnstitutunda enerji məsələləri üzrə təhlilçi Rauf Məmmədov Amerikanın Səsinə müsahibəsində enerji bazarında bugünkü durum, neft qiymətlərinin düşməsinin Azərbaycan iqtisadyyatına təsirləri və neft bazarının tənzimlənməsində qeyri-müəyyənliklər haqda danışıb.

Səudiyyə Ərəbistanı və Rusiya arasında mart ayında istehsalın azaldılmasına dair razılığın əldə edilməməsi koronavirus pandemiyasının dünya ölkələrini bürüdüyü bir zaman neft qiymətlərinin rekord səviyyədə enməsi və qlobal iqtisadi durumun kəskin pisləşməsi ilə nəticələnib.

Amerika Birləşmiş Ştatları nəinki qlobal bir gücdür, həm də dünyanın ən böyük neft və qaz istehsalçılarından biridir. Ona görə də onun burdakı mövqeyinə nəinki vasitəçi, həm də çox vacib bir istehsalçı kimi baxmaq lazımdır.

ABŞ prezidenti Donald Trampın cümə axşamı günü Twitter səhifəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apararaq, tərəflərin istehsalın 10 milyon barelə qədər azaldılmasına dair razılığa gələ biləcəyini açıqlaması investorlar tərəfindən müsbət qarşılanıb. ABŞ prezidentinin açıqlamasının ardınca xam neftin qiymətində bir qədər yüksəliş müşahidə edilib. Səudiyyə Ərəbistanın istehsalçıların fövqəladə iclasının çağırılmasına səsləməsi və Moskvanın Rusiyanın danşıqlara yenidən başlaya bilməsi ilə bağlı açıqlaması iki böyük enerji istehsalçısı arasında “neft savaşı”nın sona çatmasına işarə hesab edilir. Rauf Məmmədov Səudiyyə Ərəbistanı və Rusiyanın bir araya gətirilməsinin yalnız Birləşmiş Ştatlar kimi nüfuzlu tərəfin vasitəçiliyi sayəsində mümkün ola bildiyini deyib.

“Əlbəttə aydın idi ki, nüfuzlu bir tərəfin müdaxiləsi ancaq bu iki qüvvəni ortaq məxrəcə gətirməyə nail ola bilər və bu nüfuzlu vasitəçi əlbəttə ki Amerika Birləşmiş Ştatların şəxsində oldu. Amerika Birləşmiş Ştatları nəinki qlobal bir gücdür, həm də dünyanın ən böyük neft və qaz istehsalçılarından biridir. Ona görə də onun burdakı mövqeyinə nəinki vasitəçi, həm də çox vacib bir istehsalçı kimi baxmaq lazımdır.”

Rauf Məmmədovun bildirdiyinə görə, neft qiymətlərinin rekord səviyyədə enməsi və tələbatın azalması Azərbaycan və Qazaxıstan kimi iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkələr üçün “ikiqat böhran” deməkdir.

Bu proses də son 20-25 ildir belə davam edir, ölkə iqtisadiyyatının neft və qaz gəlirlərindən böyük asılılığı var və son 10 ilin təcrübəsi də onu göstərir ki, neft bazarı xüsusilə təlatümlüdür, stabil deyil

“Bir koronavirusun yaratdığı iqtisadi böhran, ikincisi isə koronavirusun birbaşa əvvəl izah etdiyim səbəblərdən bilavasitə yaratdığı bu martın 6-da bu razılaşmanın baş verməməsi səbəbindən ikiqat mənfi təsir edib bu ölkələrin iqtisadiyyatına. Həm Azərbaycanın, həm Qzaxıstanın builki büdcələrində neftin qiyməti 55 dollar hesablanıb. Əlbəttə, yanvar və fevral aylarında artıq neftin qiyməti 60 dollardan satılb və bu ay 25, 30 və hətta bu gün mən eşitdim ki, 16 dollara satılb Ceyhanda Azərbaycan nefti. Ortalama hələ də təxminən 30-40 dollar ətrafında edir. Yəni, o demək deyil ki, 15 dollar hesablanıb hal-hazırdakı gəlirlilik. Buna baxmayaraq, əlbəttə ki, Azərbaycan üçün və digər neftə və qaza arxalanan ölkələr üçün bu, böyük bir zərbədir. Nəinki qiymətlərin düşməsi, bazardakı qeyri-stabillik əlavə risk yaradır və əlbəttə ki, nefdən alınan gəlirlərin azalması fonunda ölkə iqtisadiyyatına təsir göstərir gəlirlərin azalması formasında.”

Rauf Məmmədov OPEK+ formatında danışıqlarda irəliləşiyin olmasına dair işarələri Azərbaycan, Qazaxıstan və iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün “yaxşı xəbər” adlandırsa da, bu ölkələrin iqtisadiyyatının kifayət qədər divertifikasiya olmaması və “bazardakı təlatümlərə” həssas olduğunu qeyd edib.

“Ümid edirik ki, söz verilən islahatlar baş tutacaq və qeyri-neft sektoru həqiqətən də neft sektorunu üstələyəcək ixracatda və digər faktorlarda. Amma hal-hazırda və bu proses də son 20-25 ildir belə davam edir, ölkə iqtisadiyyatının neft və qaz gəlirlərindən böyük asılılığı var və son 10 ilin təcrübəsi də onu göstərir ki, neft bazarı xüsusilə təlatümlüdür, stabil deyil. Nəinki ucuzdu qiymətlər - yəni 2012-2013-cü illə müqayisədə 100 dollardan yuxarı idi qiymət, hal-hazırda, son illərdə 65 dollar idi - nəinki ucuzdu, həm də təlatümlüdür. Yəni, qeyri-stabillik bazarda hər zaman şübhələr yaradır və bu da insanlarda narahatlıqlar yaradır. Ona görə də insanlar haqlı olaraq və son 3- ilin təcrübəsinə əsaslanaraq, devalvasiyalara əsaslanaraq, avtomatik daha yaxşı valyuta, Amerika Birləşmiş Ştatları dolları valyutasına yönəlirlər və bu da dövlətin öz ehtiyatlarından dolları satmasına və manatla əvəz etməsinə gətirib çıxarır. Ümid edək ki, bu islahatlar həqiqətən həyata keçiriləcək və uzun müddətdə Azərbaycan təkcə neft və qaz ixracından gələn gəlirlərə arxalanmayacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG