Accessibility links

Hüquq müdafiəçiləri jurnalistlə bağlı prezidentə müraciət edib


Rauf Mirqədirov
Rauf Mirqədirov

Onlar Rauf Mirqədirovun dövlətə xəyanət etməsinə inanmır və dövlət başçısını işin obyektiv təhqiqtaınının aparılmasını nəzarətinə götürməsini xahiş edir

Hüquq müdafiəçiləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı və Əvəz Həsənov “Ayna-Zerkalo“ qəzetinin əməkdaşı Rauf Mirqədirovla bağlı prezident İlham Əliyevə müraciət edib. Mirqədirov barəsində aprelin 21-də Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçib.

O Ermənistana Azərbaycanla bağlı dövlət sirrlərini verməkdə günahlı bilinir.

Mirqədirov ittihamı qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə bağlı olduğunu iddia edir. O son 3 ildə “Ayna-Zerkalo” qəzetinin Türkiyədə akreditə olunmuş müxbiri idi, ailəsi ilə birgə Ankarada yaşayırdı. Türkiyə baş naziri Azərbaycana səfər etdikdən bir neçə gün sonra jurnalistin akreditasiyası ləğv olunub və Türkiyədə saxlanaraq Azərbaycana göndərilib.

Hüquq müdafiəçiləri Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan çox istedadlı bir jurnalistin vətənə xəyanət maddəsi ilə ittiham olunmasına təəssüfləndiklərini və R.Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildirir.

Müraciətdə prezident Əliyevdən R.Mirqədirova qarşı işin obyektiv təhqiqatının aparılmasını öz nəzarətinə götürməsi xahiş edilir.
XS
SM
MD
LG