Həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva Amerikanın Səsinə müsahibəsində irəli sürülən ittiham, oğlunun sağlamlıq durumu, məhkəmə prosesinə buraxılmamasından danışıb və dövlət başçısına, onun xanımına müraciət edib.
Amerikanın Səsi: Oğlunuz neçə aylardır həbsdədir. Münasibətiniz necədir, nə sözünüz var?
Onun uzun müddətdir başı ağrıyır, gözləri zəifləyib.
Rəfiqə İsayeva: Rauf Mirqədirov artıq 1 il 9 aydır Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. Onun uzun müddətdir başı ağrıyır, gözləri zəifləyib. Oranın həkimləri dərmanlar yazıb, həmin dərmanları alıb ona aparıram, müalicə olunur.
Amerikanın Səsi: Sizi məhkəməyə buraxmırlar, məhkəməni qapalı keçirirlər. Münasibətiniz necədir?
Rəfiqə İsayeva: Mirqədirov Raufun məhkəməsinə anasının buraxılmamasını tam mənası ilə müsbət qarşılamıram. Ona görə müsbət qarşılamıram ki, övlada anadan yaxın heç bir insan yoxdur. Hər halda onların gizli saydıqları bir məsələ varsa ana onu heç vaxt heç yerə çıxara bilməz.
Amerikanın Səsi: Siz ilk məhkəmə prosesində Raufla görüşdünüz. Necə təsir bağışladı? İstintaqdan əvvəlki səhhəti ilə indiki səhhəti arasında nə qədər fərq var idi?
Rəfiqə İsayeva: Rauf çox sağlam, çox təkəbbürlü, vüqarlı bir şəxsdir. Onun heç vaxt bir xəstəliyi olmayıb. Ancaq bir il doqquz ay o yatıb (həbsdə qalıb-red), o vaxt onda xəstəliklər, baş ağrısı, qan təzyiqi və gözünün zəifləməsi olub.
Amerikanın Səsi: Neçə müddətdir Raufsuz tək yaşayırsınız. Sizə necə təsir edib, səhhətiniz necədir?
Hətta o Türkiyədə olduğu dövrlər hissə-hissə pul göndərmişəm evinə avadanlıqlar alıb, rahat yaşayıblar.
Rəfiqə İsayeva: Bizlirsiniz, ananaın cəmi iki övladı var. Bu övladlardan hansınınsa, nədənsə bir əziyyətləri olarsa anaya çox pis təsir edir. Təsadüfi deyil ki, hər bir ana kimi mən də oğlumu çox istəyirəm. Oğlumun həyatına görə həmişə ona köməklik etmişəm. Hətta o Türkiyədə olduğu dövrlər (təzəcə köçmüşdülər) hissə-hissə pul göndərmişəm evinə avadanlıqlar alıb, rahat yaşayıblar.
Amerikanın Səsi: Oğlunuzun dövlətə xəyanət etməsinə inana bilərsinizmi?
Çox arzulayıram ki, həmim maddənin dəyişdirilməsində, Raufun buraxılmasında, Raufun həyata təzədən qaytarılmasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Mehriban xanım və cəmiyyətimiz, ziyalılarımız, hamısı kömək olsun.
Rəfiqə İsayeva: Xeyr. Bu vaxta qədər, bir il doqquz ayda, onuncu aya keçib, mən o maddədən nəinki danışmağa, hətta tələffüz etməyə utanıram. Mən ana kimi onu qəbul edə bilmirəm. Çox arzulayıram ki, həmim maddənin dəyişdirilməsində, Raufun buraxılmasında, Raufun həyata təzədən qaytarılmasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Mehriban xanım və cəmiyyətimiz, ziyalılarımız, hamısı kömək olsun.
Amerikanın Səsi: Cəmiyyətə, hökumətə, beynəlxa1q təşkilatlara sözünüz varmı?
Rauf heç vaxt dövlətinə xəyanət edə bilməz.
Rəfizə İsayeva: Sözüm ondan ibarətdir ki, mən hamısından, - dövlətimizdən, hökumətimizdən, bizim ziyalılardan, bütün xalqımdan xahiş edirəm ki, Rauf heç vaxt dövlətinə xəyanət edə bilməz. Rauf Ermənistana gedirdisə, orada da həmişə apardığı söhbətini onun əsasında qururdu ki, onun dedikləri dövlətin istədiyi ilə eyni olurdu.
Amerikanın Səsi: Məhkəməyə sözünüz?
Rəfiqə İsayeva: Məhkəmədən xahiş edirəm ki, oğlumun işinə düzgün, obyektiv baxsın, ona haqq-ədalət naminə bəraət versin.
Rəfiqə İsayeva Amerikanın Səsi vasitəsi ilə bütün jurnalistlərə təşəkkür edib. "Jurnalistlər Rauf həbsdə olan müddətdə də gəlib məni yoxlayıblar, hal-əhval tutublar, mənəvi olaraq mənə dayaq olublar. Mən Azərbaycan Respublikasının jurnalistlərinin hamısına bircə-bircə təşəkkür edirəm," deyə o, əlavə edib.