Accessibility links

Rauf Mirqədirov Baş Prokurorluğa cavab verib


Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb
Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

Jurnalist MTN və Baş Prokurorluğun məlumatını qəbul etmir və kəskin tənqid edib

“Zerkalo” qəzetinin həbsdə olan müxbiri Rauf Mirqədirov Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin rəsmi acıqlaması ilə bağlı bəyanat yayıb. Bəyanatı vəkil Elmar Süleymanov təqdim edib.

Sənəddə deyilir:

“Azərbaycan Respublikasının Baş Prokurorluğunun bəyanatını nəzərdən keçirdikdən sonra belə təəssürat yaranır ki, Baş Prokurorluğun ictimai-siyasi xadimlərin və müstəqil jurnalistlərin diskreditasiyası sahəsində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair müəyyən bir razılaşması mövcuddur.

Prokurorluğun bəyanatından belə bir nəticə də çıxarmaq olar ki, tərəflər bu istiqamətdə hətta birgə əməliyyatlar belə keçirirlər.

Çünki, yaxın tarixə nəzər saldıqda, məlum olur ki, Azərbaycan Respublikası Baş Prokurorluğu buna oxşar qondarma cinayət işlərində saxta sübutların əldə edilməsi məqsədilə Ermənistanın xüsusi xidmət orqanlarında çalışan “Samvel” kimi tiplərdən “məlumatların” əldə edilməsi təcrübəsindən birinci dəfə deyil ki, istifadə edir.

Mən belə bir sövdələşmənin olduğuna inanmaq istəmirəm və inanmıram.

Lakin, istintaqın gedişi məni bir daha əmin edir ki, mənə qarşı törədilən bu fitnəkarlıq Ermənistan və strateji müttəfiqi olan dövlətin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı apardıqları geniş miqyaslı təxribatın kiçik bir tərkib hissəsidir.

Təəssüflər olsun ki, Azərbaycandakı nüfuzlu qruplar bu və ya digər səbəblərdən bu geniş təxribatın icraçılarına çevriliblər”, bəyanatda deyilir.

XS
SM
MD
LG