Accessibility links

Raul Kastro istefa verdiyini təsdiq edib


Raul Kastro cümə günü keçirilən qurultay zamanı Kuba Kommunist Partiyasının rəhbərliyini daha gənc nəsilə ötürdüyünü təsdiq edib. Bununla da o, özü və qardaşı Fidel Kastronun altmış illik hakimiyyətinə son qoymuş olur.

Dörd günlük tədbirin açılış çıxışında 89 yaşlı Kastro deyib ki, yeni rəhbərlik on ildən çox təcrübəyə malik, öz gücləri ilə yüksək səviyyələyə çıxan və böyük həvəs və anti-imperialist ruhuna sahib” partiya təəsübkeşlərindən ibarət olacaq.

Kastro daha öncə 2016-cı ildə keçirilən partiya qurultayında onun 1959-cu ildə solçuların inqilabı zamanı ABŞ-ın dəstəklədiyi diktatoru devirmək üçün Sierra Mestra-da döyüşən “tarixi nəsil” tərəfindən idarə olunan son qurultay olacağını demişdi.

O, 2018-ci ildə artıq prezidentliyi milli hökumətə qoşulmadan öncə iki vilayətdə partiyaya rəhbərlik edən 60 yaşlı tələbəsi olan Migel Diaz-Kanelə ötürüb.

Hakimiyyətə üsyanla gəlməyən yeni nəsil rəhbərliyin işi asan olmayacaq. Hakimiyyətdəki keçid Kuba Sovet İttifaqının süqutundan bəri ən bəyük iqtisadi böhranla üzləşdiyi zamana təsadüf edib. Eyni zamanda isə ölkədə, xüsusilə də gənc kubalılar arasında məyusluq artır.

“Mən həmvətənlərimin gücünə, nümunəvi təbiətinə və anlayışına inanıram və yaşamağa davam etdiyim təqdirdə vətəni, inqilabı və sosializmi qorumağa hazır olacağam,” Kastro Havanada konqres mərkəzinə toplaşan yüzlərlə partiya nümayəndələrinə deyib.

Partiyanın ən önəmli iclası hesab edilən qurultay hər beş ildən bir siyasəti nəzərdən keçirmək və rəhbərlikdəki problemləri həll etmək üçün keçirilir. Qurultay bağlı qapılar arxasında keçirilsə də, bəzi hissələri dövlət televiziyasında yayımlanır.

Kastro özü Fidel 2006-cı ildə xəstələndiyi zaman prezident vəzifəsini icra etməyə başlayıb və 2011-ci ildə partiya lideri olub. O, dünyanın ən son kommunist ölkəsini dünyaya açmaq üçün bir sıra sosial və iqtisadi islahatlar elan edib, lakin daha sonra həmin islahatlar dayandırılıb.

Kastro cümə günü Diaz-Kanerlin işi onun buraxdığı yerdən davam etdirəcək yeni nəsil rəhbərlərdən biri olacağını deyib.

Yaşlı kubalılar sükanı Kastronun idarə etməsi üçün darıxacaqlarını deyiblər, amma çoxu hakimiyyətin ötürülməsi üçün vaxtın çatdığını deyir.

“Artıq başqa mərhələdir, amma biz şübhəsiz ki, onun üçün darıxacağıq,” təqaüdə çıxan 72 yaşlı tibb bacısı Maria del Karmen Cimenez bildirib.

Kastro keçmiş Prezident Donald Trampın hakimiyyəti altında ABŞ-ın düşmənçiliyini pisləyib. Hazırkı Prezident Co Bayden Trampın sanksiyalarının bəzilərini ləğv edəcəyinə söz verib, amma Ağ Ev cümə günü Kuba siyasətində dəyişikliyin onun xarici siyasət prirotetləri arasında yer almadığını bildirib.

Kastro Kubanın “ inqilab və sosializm prinsiplərindən imtina etmədən Birləşmiş Ştatlarla yeni münasibət qurmağa” hazır olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG