Accessibility links

ABŞ nümayəndə heyəti Kuba rəsmiləri ilə görüş keçirib


Kuba prezidenti Raul Kastro 2009-cu ildən bəri Havanada həbs edilmiş Amerika vətəndaşının azadlığa buraxılması məqsədilə kommunist adaya səfər edən ABŞ qanunvericiləri ilə görüşüb.

Kuba hökümətinin bəyənatında deyilir ki, cənab Kastro və demokrat senator Patrik Lihinin başçılığı altında ABŞ nümayəndə heyəti hər iki ölkənin maraqlarına əhatə edən məsələləri müzakirə ediblər. Kuba xarici işlər naziri Bruno Rodriges də görüşdə iştirak edib.

ABŞ nümayəndə heyəti Kuba rəsmilərindən üzərində rabitə avadanlığı ilə həbs edildikdən sonra15 il həbs cəzası almış Amerika vətəndaşı Alan Qrossu azadlığa buraxılmasını istəyiblər. Alan Qross ABŞ dövlət departamentinin proqramı çərçivəsində müqavilə əsasında Kubada işləyib.

Havana rəsmiləri Qrossun azad edilməsi müqabilində 1990-cı ildə ələ keçirilib ömürlük həbs cəzası almış beş Kuba casusunun azadlığa buraxılmasını təklif ediblər. Ancaq Vaşinqton məhbusların dəyişdirilməsinin istisna edildiyini bildirib.
XS
SM
MD
LG