Accessibility links

Ettelaat “Azərbaycan Milli Hərəkatı”-na dözmədi


Məhəmməd Xakpur - başsağlığı
Məhəmməd Xakpur - başsağlığı

Ərdəbil şəhərində Azərbaycan milli fəalı Məhəmməd Xakpurun atasının yas mərasimində maraqlı insident baş verib. Ettelaat kimi tanınan İran Kəşfiyyat Nazirliyinin məmurları türk dilində yazılmış başsağlığı plakatının üzərindən “Azərbaycanın Milli Hərəkatı” sözünü qayçı ilə kəsiblər.

Ola bilər ki, nüvə razılığından sonar siyasi qruplara qarşı təzyiqlər daha da artsın. Bunlarla yanaşı son zamanlarda Azərbaycan Milli Hərəkatı həm xalq arasında, həm də İran müxalifət qüvvələri arasına öz mövqeyini yuksəldib.
Qəhrəman Qənbəri

Şənbə günü Ərdəbildə hərəkat fəalları Məhəmməd Xakpurun atasının vəfatı ilə bağlı başsağlığı plakatı yazdırıb və mərhumun evinin kandarında asıblar. Plakatın üzərində belə yazılıb:

“Hörmətli Məhəmməd Xakpur ailəsi, atanızın dünyasını dəyişməsi bizi ürəkdən kədərləndirib. Bu acını sizə başsağlığı verərək qalanlara Tanrıdan cansağlığı diləyirik.

Azərbaycanın Milli Hərəkatı”

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Ettelaat idarəsindən Xakpurla əlaqə saxlayıb təhdidlə həmin plakatın yığışdırılmasını tələb ediblər. Lakin fəal Ettelaatın istəyini yerinə yetirmədikdən sonra məmurlar gecəyarısı evin qarşısına gələrək “Azərbaycanın Milli Hərəkatı” sözünü həmin plakatın üzərindən qayçı ilə kəsiblər.

Dr.Əlirza Əbdullahi
Dr.Əlirza Əbdullahi

Məsələ ilə bağlı hazırda ABŞ-ın Kalifornia ştatında muhacirət həyatı yaşayan Dr. Əlirza Əbdullahi Amerikanin Səsinə bilidirib ki, Azərbaycan milli hərəkatı püxtələşdikcə aktivliyini artırır. "Milli hərəkat xalq kədəri ilə kədərlənib, sevinci ilə sevinib," deyə cənab Əbdullahi bildirib. "Azərbaycan milli hərakatı istər Qaradağ zəlzələsində, istər Urmiyə gölü, istər Azərbaycan idmanı sahəsində və digər mövzularda xalıq yanında olub və insanların hüquqlarını müdafiə etməyə çalışıb."

O, əlavə edib: "Hazıra Güney Azərbaycan icitmai və siası sahələrdə qərar verən hərəkat məhz Azərbaycan milli hərəkatıdır. Necə ki, misal üçün, məclis və ya prezident seçkilərində milli hərəkatın istəyi hər zaman həlledici olub və namizədləri milli hərəkatın tələbləri istiqamətində hərəkət etməyə məcbur edib. Bunların hamısı səbəb olub ki, İran rejimi artıq milli hərəkatı öz təhlükəsizliyinə qarşı bir təhlükə kimi görsün və ona görə Azərbaycan milli hərəkatının ən kiçik dinc və barışcıl fəaliyətinə belə dözə bilmir. İran təhlükəsizlik qüvvələri tərəfindən 'Azərbaycan Milli Hərəkatı' sözünün gecəyarısı qayçı ilə kəsilməsi də buna nümunədir," Əbdullahi bildirib.

Qəhrəman Qənbəri
Qəhrəman Qənbəri

Başqa güneyli fəal, Avstraliyada yaşayan Ərsələn (Qəhrəman) Qənbəri Amerikanın Səsinə son zamanlar güneydə basqıların artıdğını bildirib. “Ola bilər ki, nüvə razılığından sonar siyasi qruplara qarşı təzyiqlər daha da artsın. Bunlarla yanaşı son zamanlarda Azərbaycan Milli Hərəkatı həm xalq arasında, həm də İran müxalifət qüvvələri arasına öz mövqeyini yuksəldib. Artıq tədricən İran müxalifəti qeyri-farslara qarşı təzyiqlərdən və onların hüquqlarından danışmağa başlayır. Bunların hamısı səbəb olur kı, İran dövləti fəallara qarşı basqılarını günü-gündən artırsın,” deyə cənab Qənbəri Amerikanin Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG