Accessibility links

Ərdəbil həbsxanasında aclıq aksiyası


Ərdəbil həbsxanasında aclıq aksiyası
Ərdəbil həbsxanasında aclıq aksiyası

Üç azərbaycanlı tələbləri yerinə yetirilmədiyinə görə Novruzun 12-dən yenidən aclıq tətilinə başlıyıblar. Onların saytlarda yayımlanan məktubunda deyilir ki, saxlandıqları bina ehtimal ki, siyasi və vicdan məhbuslarına fiziki və ruhi işkəncə yeridir.

İranlıların müxtəlif dillərdə xəbər və insan haqları saytlarının bildirdiklərinə görə Ərdəbil şəhərinin əsli zindanında üç azərbaycanlı siyasi fəaal və bir kürd, aclıq aksiyasına (etisabi gəziyə) başlayıblar. İranın İnsan Haqları üzrə xəbər gentiliyi HƏRANA, Savalan Səsi və digər xəbər sitələri bu xəbəri və aclıq aksiyasına başlayanların açıq məktubunu yayıblar. Xəbərə əsasən aclıq tətilinə başlayanlar üç ərdəbilli türk, Behruz Əlizadə, Vədud Səadəti və Rəhim Golami və Ömər Çapraz adlı bir Kürddür.

Üç əredəbilli siyasi fəal Novruzdan əvvəl aclıq aksiyasına başlasalar da ailələrinin xahişinə əsasən və zindan rəsmilərinin onların tələblərinin bir hissəsinin yerinə yetiriləcəyi barədə vədlərinə görə aclıq aksiyasını dayandırmışdılar. Ancaq tələbləri yerinə yetirilmədiyi və zindandakı təzyiklərin daha ağır olmasına görə onlar Novruz Bayramının 12 dən yedidən, aclıq tətilinə başlıyıblər.

Onların saytlarda yayımlanan məktubunda deyilir ki, saxlandıqları bina ehtimal ki, siyasi və vicdan məhbuslarına fiziki və ruhi işkəncə yeridir. Məktubda bu da deyilir ki, məhbusların haqlarına heç bir formada hörmət edilmir.

Məktubda onların qaldıqları kameranın televiziasının götürüldüyü, qatillə belə tanınan telefondan istifadə hüquqlarının məhdudlaşdırıldığı, onların ailələri ilə görüşünə imkan verilmədiyi və bir neçə günlüyə evlərinə getməyə icazə verilmədiyi deyilir. Həmin məhbusların idman imkanları da yoxdur. Xəbərlərdə qeyd olunur ki, Vədud Səadətini həbsdə bir cinayətkar yaralayıb ancaq onun müalicəsinə imkan verilmir və dava-dərmanla təmin edilmir.

Məktubda deyilir ki, fəallar tələbləri yerinə yetirilənə qədər aclıqa davam edəcəklər. Onlar vicdən məhbusları olaraq adi cinayətkarlardan ayrı yerdə saxlanmaq istəyirlər.

Üç Ərdəbillinin hər biri bir il həbsə məhkum olub. Onlara qarşı “nizamın əleyhinə təbliğat” ittihamı irəli sürülüb.

XS
SM
MD
LG