Accessibility links

Türkiyə baş nazirinin Argentina səfəri ləğv edildi


Türkiyə baş nazirinin Argentina səfəri ləğv edildi
Türkiyə baş nazirinin Argentina səfəri ləğv edildi

Buna səbəb Argentina rəsmilərinin Türkiyə dövlətinin banisinin heykəlinin açılış mərasiminin keçirilməsinin protokoldan çıxarılması olub

Türkiyə rəsmiləri deyir ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın Argentinaya rəsmi səfəri təxirə salınıb. Buna səbəb Argentina rəsmilərinin Türkiyə dövlətinin banisinin heykəlinin açılış mərasiminin keçirilməsinin protokoldan çıxarılması olub. Cənab Ərdoğan bu gün iki günlük səfərlə Argentinaya getməli idi. Görüş zamanı prezident Kristina Fernandez de Kirçnerlə danışıqlar aparılması da planlaşdırılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Buanes Ayres Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirə abidəsinin açılış mərasiminə icazə verməməsindən sonra səfər ləğv edilib. Bu hadisə nazirliyin ifadə etdiyi kimi “düşmən” erməni qrupların lobbiçilik fəaliyyətlərindən sonra baş verib.

XS
SM
MD
LG