Accessibility links

REAL Partiyasının sədri Prezident Administrasiyasının rəsmisi ilə görüşüb


Respublikaçı Alternativ partiyasının (REAL) ofisində yanvarın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri ilə görüş keçirilib.

Bu barədə REAL partiyasının məlumatında deyilir.

“Söhbət zamanı hakimiyyətlə REAL arasında davam etməkdə olan siyasi dialoqun növbəti mərhələlərinin gündəliyi haqqında ilkin fikir mübadiləsi aparılıb. Siyasi Komitənin üzvü Natiq Cəfərli, eləcə də partiya sədri İlqar Məmmədov bu ünsiyyətin və əməkdaşlığın bundan sonra ölkədə demokratik cəmiyyət təməllərinin möhkəmləndirilməsi üçün zəruri olan yeni nəticələr verməsinin vacibliyini qeyd ediblər” - deyə, məlumatda bildirilir.

Bu barədə Azərbaycan Prezident Administrasiyasından şərh almaq mümkün olmayıb.

Xatırlatma

Keçən ilin iyulunda Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ölkədə siyasi sistemin yeni konfiqurasiyasının və dialoq mühitinin formalaşmaqda olduğunu bildirib.

“Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəlir”.

Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır.

“Bu da iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir,” o qeyd edib.

Bu fikirlərə siyasi partiya rəhbərlərinin və ekspertin mövqeləri arasında kəskin fərqlər formalaşıb.

Prezident Administrasiyası bir neçə dəfə REAL Partiyası ilə görüş keçirilib. REAL partiyasında əlavə digər partiyalar Azad Demokratlar Partiyası, Ədalət, AĞ Partiya, Müsavat, BAXCP, ADP , Xalq partiyaları da Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

AXCP isə dialoq imitasiyasında iştirak etmək fikrində olmadığını vurğulayıb.

S.Həzi vurğulayıb ki, AXCP dialoq imitasiyasında iştirak etmək fikrində deyil. Sədr müavini deyib ki, PA təmsilçisi ilə görüşdə iştirak üçün onlar siyasi məhbusların azad olunması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və təkrar seçki məsələsi mövzularını ortaya qoyublar: “Amma bu, dialoq olmayacaq, dialoq sonrakı mərhələdə partiya sədri ilə hökumətin səlahiyyətli nümayəndəsi arasında ola bilər. Odur ki, hökumət tərəfi cavab verməlidir ki, deyilən mövzuları müzakirə etməyə hazırdır, ya yox?”

XS
SM
MD
LG