Accessibility links

REAL mayın 28-də cümhuriyyəti anma marafonu elan edib


İstiqlal abidəsi
İstiqlal abidəsi

Respublikaçı Alternativ (REAL) Partiyası mayın 28-də cümhuriyyəti anma marafonu elan edib. Bu barədə REAL Partiyası İdarə Heyəti qərar qəbul edib.

Partiya İdarə Heyətinin qərarında deyilir ki, 28 May 12 saatlıq cümhuriyyəti anma marafonu kimi qeyd edilsin.

“İstiqlaliyyət küçəsindəki cümhuriyyət abidəsi önünə gül-çiçək qoyma üzvlər tərəfindən kütlə şəklində deyil, fərdi qaydada, eyni anda deyil, gün ərzində - səhər saat 8-dən axşam saat 20-dək həyata keçirilsin. Partiya üzvlərinə bayram anımı zamanı polisin qanuni tələblərinə riayət etmələri tapşırılsın”, sənəddə qeyd edilir.

REAL İdarə Heyəti hesab edir ki, xarici vətəndaşların əylənmək haqqı cümhuriyyət abidəsinin mayın 28-də Azərbaycan vətəndaşları tərəfindən ziyarət edilməsi haqqından üstün olmamalıdır.
REAL-ın İdarə Heyətinin qərarından sitat

Partiya bildirir ki, cümhuriyyət tarixini və dəyərlərini daim aşağı tutan hazırki Azərbaycan hakimiyyəti bu il mayın 29-da Bakıda Avropa Futbol Federasiyaları İttifaqının 90 dəqiqəlik yarışmasının keçirilməsini bəhanə gətirərək Bakının mərkəzinə, o cümlədən İstiqlaliyyət küçəsinə vətəndaşların girişini və çıxışını qeyri-rəsmi olaraq bir həftəlik məhdudlaşdırıb.

“Bu, ona görə bəhanədir ki, yarışın keçiriləcəyi stadion sözü gedən küçədən 11 kilometr uzaqdadır və cümhuriyyət bayramını vətəndaşlar yarışma günü deyil, ondan əvvəlki gün qeyd edirlər.”

REAL Partiyası bildirir ki, qeyri-rəsmi məhdudiyyət problemini siyasi dialoq ruhunda çözməyə cəhd göstərib.

“Futbol yarışması ilə əlaqədar polisin iş yükünün ağırlığı nəzərə alınaraq ənənəvi illik bayram anımı tədbirinin başqa günə keçirilməsini REAL İdarə Heyəti, polis orqanları ilə söhbət əsnasında, mayın 22-də özünün əvvəlki qərarını dəyişərək məqbul saydı. Lakin polis orqanları mayın 24-də əlavə şərtlər irəli sürməklə, anlaşmanı pozdu. REAL-a bəyan olundu ki, kütləvi bayram anımına imkan verilməyəcək.”

REAL İdarə Heyəti hesab edir ki, xarici vətəndaşların əylənmək haqqı cümhuriyyət abidəsinin mayın 28-də Azərbaycan vətəndaşları tərəfindən ziyarət edilməsi haqqından üstün olmamalıdır.

Rəsmi Bakı ölkədə insanların fundamental hüquqlarının, o cümlədən toplaşmaq azadlığının tam bərpa edildiyini bildirir. Hökumət bu yönümdə təqnidləri qəbul etmir və qərəzli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG