Accessibility links

REAL Partiyası Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış edəcək


Respublikaçı Alternativ (REAL) Partiyası fevralın 24-də kredit ödənişləri ilə bağlı vətəndaşlara, banklara və müəssisələrə devalvasiya nəticəsində vurulmuş zərərin ödənilməsini, ali təhsil üçün ödənişlərin yaxın illər ərzində tamamilə dövlət tərəfindən həyata keçirilməsini və Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutan qanun layihələrini Milli Məclisə təqdim edəcək.

İlqar Məmmədov
İlqar Məmmədov

Partiyanın mətbuat xidmətinin məlumatına görə, fevral ayının 18-də REAL Partiyasının İdarə Heyətinin iclasında bildirilib ki, partiyanın “40 min imza” kampaniyası fevralın 24-də başa çatdırılacaq.

“Toplanmış imzalar qanun layihələri və aidiyyatı əsaslandırma sənədi ilə birlikdə fevralın sonuncu həftəsi ərzində partiyanın Hüquq və Seçki Katibi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə göndəriləcək,” mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan konstitusiyasının 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

REAL Partiyası seçicilərin imzasını toplamaq kampaniyasına 2018-ci ilin noyabrında başlayıb.

O, imzatoplama kampaniyası başlayarkən Amerikanın Səsinə bildirib ki, təhsildə indiki vəziyyət ədalətsizdir.

Mitinqdə REAL şüarı
Mitinqdə REAL şüarı

​“İki tələbə gənci nəzərə alın. Birinci gənc kasıb, ikincisi nisbətən imkanlı ailədəndir. Birinci gənc dövlətin sıradan olan bir məktəbində təhsil alır, repetitor tutmağa da imkanı yoxdur. İkinci gənc isə daha keyfiyyətli təhsil verən məktəbdə, - litseydə, gimnaziyada təhsil alıb və ya ən yaxşı repetitordan öyrənib. Sonda bunların hər ikisi ali məktəbə qəbul imtahanı verir. İstisna halları, yəni xüsusilə istedadı olanları kənara qoysaq, maddi durumu zəif olan ailədən olan gənc çox ehtimalla aşağı nəticə göstərəcək və ali məktəbə ödənişli əsasla qəbul olunacaq. Yaxşı məktəbdə oxumuş və ya repetitor tutmuş alənin övladı isə ali məktəbə ödənişsiz əsasla qəbul olunacaq. Bir tərəfdən gəncin bəxti gətiməyib ki, onu sevən valideynləri yaxşı qazanc əldə edə bilmir. Digər tərəfdən isə dövlət onu valideynlərinin kasıblığına görə ayrıseçkiliyə məruz qoyur”.

Məmmədov hesab edir ki, ildə 150 milyon manat vəsait bu problemi kökündən həll edə bilər.

Bu vəsait dövlətdə var və hazırda çox səmərəsiz layihələrə xərclənir.

“Bu vəsait dövlətdə var və hazırda çox səmərəsiz layihələrə xərclənir”, o qeyd edib.

REAL liderinin bildirdiyinə görə, problemli kredit məsələsi də cəmiyyəti düşündürən problemdir.

“Çünki bu məsələnin 700 min insana aiddiyatı var. Müxtəlif hesablamalara görə söhbət təxminən 2 milyard dollardan gedir. Biz 2 milyard dolları əlbəttə birdən-birə iqtisadiyyata ata bilmərik. Ona görə təklif edəcəyimiz qanun layihəsində problemin həllinə o yolla gedəcəyik ki, insanlar heç bir çətinlik hiss etməsinlər. Faizləri insanlar krediti götürdüyü vaxtdakı kursla ödəməlidirlər. Digər tərəfdən banklar da zərərçəkmiş tərəfdir. Həmin 2 milyard dollar banklara tədrici qrafiklə hökumət tərəfindən ödənilməlidir. Hesab edirik ki, bu, iqtisadiyyata makroiqtisadi neqativ təsirlər göstərməyəcək. Yəni qanun layihəsi hazırlanarkən həm hüquqi tərəfləri, həm də iqtisadi tərəfləri nəzərə alınır. Bu təşəbbüsün səbəbini də demək istəyirəm. Səbəbi odur ki, insanlar Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycan Mərkəzi Bankının sistematik olaraq verdiyi çaşdırıcı iqtisadi bəyanatlar nəticəsində səhv iqtisadi qərarlar verib. Tək vətəndaşlar yox, banklar və iş adamları da. Amma nədənsə insanlar çətinlik çəkirlər. Bizim təşəbbüs insanları həmin cəzadan qurtarmaq məqsədi güdür, hansı ki, insanlar o cəzaya layiq deyillər”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG