Accessibility links

Riçard Kazlariç: "Həqiqi irəliləyiş iki ölkə arasında rəsmilərin birbaşa əlaqə qurması ilə baş verəcək"


Riçard Kazlariç: "Həqiqi irəliləyiş iki ölkə arasında rəsmilərin birbaşa əlaqə qurması ilə baş verəcək"
please wait

No media source currently available

0:00 0:05:53 0:00

Riçard Kazlariç: "Həqiqi irəliləyiş iki ölkə arasında rəsmilərin birbaşa əlaqə qurması ilə baş verəcək"

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan birbaşa telefon danışığını və Avropa İttifaqı və Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasında uzunmüddətli razılığın əldə olunmasında oynadığı rolu şərh edib.

Amerikanın Səsi: Səfir Kazlariç, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında aprelin 11-də telefon danışığı baş tutub. Bu son 30 ildə ilk dəfə idi ki, iki nazir üçüncü tərəfin vasitəçiliyi olmadan birbaşa müzakirə aparıblar. Siz bunu münaqişənin həlli istiqamətində müsbət addım kimi qiymətləndirirsinizmi?

Riçard Kazlariç: Məni də eyni şey təəccübləndirdi ki, bu adi bir hadisə deyil. Əgər daha öncə belə bir şey olubsa belə, mən bundan xəbərdar deyiləm. Və mən düşünürəm ki, bu, Brüsseldə iki prezident arasındakı görüşün münasib davamı idi. Bu, həqiqətən də baş verməli olan bir şeydir. Bu, təkcə prezidentlərin üçüncü bir ölkədə bir araya gəlməsi deyil. Bu xarici işlər nazirlərinin sülh prosesinin başlaması üçün gündəm haqqında bir-biriləri ilə danışmalarıdır. Mən telefon danışığının mahiyyətinin nədən ibarət olduğunu bilmirəm. Bunu Yerevan ya Bakıda kimdənsə soruşmalısınız. Amma məncə siz doğru qeyd etdiniz ki, bunun baş verməsi çox çox mühümdür. Mən çox inanıram ki, biz elə bir nöqtədəyik ki, sülh prosesini yalnız Azərbaycan və Ermənistandan rəsmilər arasında bu cür birbaşa əlaqələr irəliyə aparacaq. Həll olunmalı olan o qədər çox məsələ var ki. Brüsseldə qeyd olunanlar, daha çox nəqliyyat yolları, önəmli sərhəd məsələsi. Mən daha çox şeyi sadalaya bilərəm. Amma məncə bu mühümdür. Mən ümid edirəm ki, bunun davamı olacaq. Əsas sınaq bu olacaq. Əgər bu prezidentlər arasında tək bir görüş, xarici nazirlər arasında tək bir telefon zəngi deyilsə, o zaman iki ölkə arasnda birbaşa əlaqə prosesi olmalıdır.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, xarici işlər nazirləri arasında telefon danışığı apreln 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşdən sonraya təsadüf edib. Avropa İttifaqı görüşdən sonra bildirib ki, Əliyev və Paşinyan münaqişəni həll etmək üçün hərtərəfli sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan ediblər. Bunu nəzərə aldıqda, siz Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasında daha aktiv rol oynayacağını düşünürsünüzmü?

Riçard Kazlariç: Məncə edə bilərlər. Bilirəm ki, onlar keçmişdə bunu etməyə çalışıblar. Putinin Ukraynaya hərbi müdaxiləsi daxil olmaqla, bir sıra hadisələr dinamikanı dəyişib və Aİ-yə mühüm liderlik nümayiş etdirməyə imkan verib. Həmişə Minsk Qrupu ilə bağlı sual yaranır və, təəssüf ki, Prezident İlham Əliyev daxil olmaqla Minsk Qrupunun ünvanına bəzi lazımsız tənqidlər olub. Amma məncə biz Aİ-nin vasitəçi rolu oynamasının nəticəsi olaraq görürük ki, onlar Minsk Qrupunun etməsi nəzərdə tutulanları və etdiklərini həyata keçirməyə nail oldu. Mən Avropa İttifaqının vasitəçi rolunu oynamasınan məmnunam. Amma bu, həqiqətən də, birbaşa təmasdan daha az əhəmiyyətlidir.

Ona görə də , düşünürəm ki, həqiqi irəliləyiş Aİ-nin vasitəçi olması ilə deyil, iki ölkə arasında rəsmilərin birbaşa əlaqə qurması ilə baş verəcək.

Amerikanın Səsi: ATƏT-in Minsk Qrupundan söz düşmüşkən, Rusiyanın Xarici işlər naziri Sergey Lavron aprelin 8-də mətbuat konfransında bildirib ki, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina edib. O deyib ki, bu səbəbdən həmin formatın gələcək taleyinin necə olacağını bilmir və bu yanaşmanı “tamamilə məsuliyyətsiz” adlandırıb. Sizin bu açıqlamaya münasibətiniz nədir?

Riçard Kazlariç: Mən bunun yersiz olduğunu düşündüm. Mənim fikrimcə Minsk Qrupunu dağıdan biri varsa, o da ruslardır, Putinin Ukraynaya hərbi müdaxiləsidir. Onlar özlərini Ermənistan və Azərbaycanı daha çox sülhə doğru aparmağa yardım etmək üçün nə qlobal səhnədə, nə də ki regionda məsuliyyətli bir lider kimi göstəriblər. Ona görə də Minsk Qrupunun dağılmasına görə cavabdeh olan biri varsa, o ruslar və onların davranışlarıdır.

Məncə Ukraynada baş verənlər faciədir və Rusiyanın Ermənistan və Azərbaycanı yaxınlaşdırmaqda daha faydalı rol oynaya bilməsinə risk yaradır.

Amerikanın Səsi:ABŞ dövlət katibi Antoni Blinken aprelin 7-də Azərbayca Prezidenti və Ermənistan Baş naziri ilə telefonla danışıb. Dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına dəstək verdiyini bildirib və Birləşmiş Ştatların iki ölkəyə uzunmüddətli hərtərəfli sülhün əldə olunması üçün danışıqları aparmağa ikitərəfli şəkildə və ya eyni fikirdə olan tərəfdaşlarla birlikdə kömək etməyə hazır olduğunu bəyan edib. Sizcə ABŞ Ermənistanla Azərbaycan arasında uzunmüddətli razılığın əldə olunmasında hansı rol oynaya bilər?

Riçard Kazlariç: Məncə buna Azərbaycan və Ermənistan qərar verə bilər. Mən düşünmürəm ki, hazırda hər kəsin diqqət və ehtiyatları Ukraynadakı böhrana yönəldiyi bir vaxt, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanla bağlı bir növ yeni birtərəfli təşəbbüs göstərə bilər. Bu çox qısa zamanda ikinci telefon danışığı idi, deyəsən aralarında heç bir ay yox idi. Ona görə də məncə Birləşmiş Ştatların edə biləcəyi ən yaxşı şey tərəfləri birbaşa təmas qurmağa və ən əsası hərbi münaqişə aparmamağa təşviq etməkdir ki, ötən ay belə bir risk var idi, məncə. Ümid edirəm ki, artıq yoxdur. Yəni düşünürəm ki, bizim indiki rolumuz dəstəkçi olmaq, əlimizdən gələni etməkdir.

Minsk Qrupu ABŞ və Fransa maraqlı olmadığına görə yox, Rusiyaya görə mövcud deyil. Ona görə də biz indi olduğu kimi, Aİ-nin rolunu və birbaşa əlaqələri dəstəkləməliyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG