Accessibility links

REAL Partiyasının sədri polisə çağırılıb


O, polis idarəsində 20 dəqiqə qaldıqdan sonra azad buraxılıb

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov mayın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. O, polisdə 20 dəqiqəyə yaxın qaldıqdan sonra azad buraxılıb.

İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, onu Bakı Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Nurulla Məmmədxanov qəbul edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub.

İlqar Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb
İlqar Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb

“28 May Cümhuriyyət Günü ilə bağlı müəyyən məsələlər var. Bizim 28 mayda ənənəvi olaraq Cümhuriyyət abidəsinə əklil qoymaqla bağlı qərarımız var. Bu qərarı bu il də təkrarlamaq istəyirik. Bununla bağlı müəyyən məsələlər var. O məsələlər mənim diqqətimə çatdırıldı. Bununla bağlı partiyamızın İdarə Heyətində məsləhətləşmə keçirməliyik. Məsləhətləşmədən sonra ictimaiyyətə əlavə açıqlama verəcəyik,” o qeyd edib.

REAL Partiyasının sədri polisə çağırılıb
please wait

No media source currently available

0:00 0:01:14 0:00

Məmmədov Cümhuriyyət abidəsinə əklil qoymaqla bağlı qərar reallaşdırılmasa REAL Partiyası Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə təbdbir keçirib-keçirməyəcəyi ilə bağlı suala birmənalı cavab verməkdən yayınıb.

“Gəlin, hadisələri qabaqlamayaq. Biz yaxın günlərdə, bəlkə də saatlarda uyğun açıqlamaların hamısını edəcəyik” , o deyib.

Bundan öncə partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti abidəsinin önünə əklil qoyacağını bildirib.

Bir il öncə REAL-ın analoji aksiyası Bakının mərkəzində kütləvi bayram yürüşünə çevrilmişdi. Lakin sonrakı günlərdə bəzi partiya fəalları inzibati qaydada həbs olunmuşdu, onlarla fəal polisə çağırılmışdı. REAL Partiyasının Məclisinin sədri Azər Qasımlı 30 sutka inzibati həbsə məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG