Accessibility links

REAL-ın Şəki rəhbəri həbs edilib


Razim Rzayev (Foto Razim Rzayevin Facebook səhifəsindən götürülüb)
Razim Rzayev (Foto Razim Rzayevin Facebook səhifəsindən götürülüb)

Iyulun 30-da Şəki rayon Məhkəməsi REAL Hərəkatının Şəki təşkilatının rəhbəri, yerli vətəndaş cəmiyyəti fəalı Razim Rzayevi polisə tabe olmamaqda ittiham edərək 6 sutka inzibati həbs cəzasına məhkum edib. Məhkəmə fasilələrlə 9 saat davam edib.

O, iyulun 29-da guya yol polisinə tabe olmadığına görə saxlanılıb.

Bu barədə REAl Hərəkatı məlumat yayıb.

REAl Hərəkatı hesab edir ki, fəalın həbsi 5 gün əvvəl bu hərəkatın bölgə təşkilatının məclis rəhbəri seçilməsi və fəal ictimai-siyasi fəaliyyətlə məşğul olması ilə bağlıdır.

XS
SM
MD
LG