Accessibility links

Regional gərginliklər fonunda Tramp kürdləri, Türkiyəni alqışlayır


VAŞİNQTON – ABŞ Prezidenti Donald Tramp israr edir ki, o, Suriyada kürdləri yalqız buraxmır. Son bəyanat prezidentin ABŞ xüsusi qüvvələrini Suriya ilə sərhəd regiondan çıxarmaq əmrindən sonraya təsadüf edir ki, bu da Türkiyə qüvvələrinin əraziyə daxil omasına zəmin yaradır.

“Biz Suriyanı tərk etməkdəyik, ancaq biz kürdləri yalqız buraxmamışıq – onlar özünəməxsus xalqdır və qiyamət döyüşçülərdir,” Tramp Tvitterdə yazıb.

“Türkiyə tərəfindən hər hansı bir qeyri-məcburi, yaxud lüzumsuz savaş onların iqtisadiyyatı və zərif valyutası üçün dağıdıcı olacaq.”


Başqa tvitlərdə isə prezident habelə Türkiyəni alqışlayıb. Türkiyəni ABŞ-ın "böyük ticarət partnyoru" adlandıran Tramp noyabrın 13-də Rəcəb Tayyib Ərdoğanı Vaşinqtona dəvət etdiyini açıqlayıb.

Tramp həmçinin Türkiyənin İdlib vilayətində ona “çoxlu həyatları xilas etmək”də yardımçı olduğunu bildirib.

ABŞ-ın qoşunlarını çıxarması Suriyadakı əsasən kürdlərdən ibarət qüvvələri Türkiyə Silahlı Qüvvələrinin potensial hədəfinə çevrilməsinə yol aça bilər. Belə ki, Türkiyə bu qüvvələri uzun müddət əleyhinə savaşdığı Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələndirir.

Suriyanın şimalında istehkamlanmış əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində önəmli rol oynayıb.

Trampın qüvvələri Suriyadan çıxarmaq qərarı Kapitolidə qanunvericilər tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Senator Lindsey Qraham (R-Cənubi Karolina)
Senator Lindsey Qraham (R-Cənubi Karolina)

Trampın yaxın siyasi müttəfiqi sayılan Lindsey Qraham bu adddımı Amerikanın “şərəfinə ləkə” adlandıraraq prezidentin qərarının məsuliyyətsiz olduğunu bildirib.

ABŞ qüvvələrinin Suriyadan tələsik çıxarılması yalnız Rusiya, İran və Əsəd rejiminin maraqlarına xidmət edəcək.
Mitç Makkonnell, Senatda Respublikaçı çoxluğun lideri

Onun sözlərinə görə, belə bir addım Amerikanın indiyədək əldə etdiyi nailiyyətləri israf edərək regionu daha böyük xaosa sürükləyəcək.

ABŞ Senatında Respublikaçı çoxluğun lideri Mitç Makkonnell də Trampın əsgərləri çıxarmaq qərarını pisləyib.

“ABŞ qüvvələrinin Suriyadan tələsik çıxarılması yalnız Rusiya, İran və Əsəd rejiminin maraqlarına xidmət edəcək,” Makkonnell bildirib. “Bu addım İŞİD və başqa terror qruplarının toparlanması riskini artırır.”

"Biz Amerika xalqının və siyasətçilərinin dəstəyindən razıyıq, baxmayaraq ki, ABŞ prezidentinin qərarı Türkiyənin hərbi müdaxiləsinə yol açır," deyə Suriya Demokratik Qüevvələrinin sözçüsü Mustafa Bali Tvitterdə yazıb. "Amerika xalqı SDQ-nin həqiqi dostudur."

XS
SM
MD
LG