Accessibility links

Region sakinlərinin və nəqliyyatın Bakı və Abşeron rayonuna girişi qadağan edilib


Yol polisi yolu bağlayıb
Yol polisi yolu bağlayıb

Martın 19-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

“Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərinişindaşıma nəqliyyat vasitələrinin qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırırıq.

Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır.

Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir,” Operativ Qərargah qeyd edir.

Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yük daşımaları sərbəstdir.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

Öz növbəsində Daxili İşlər Nazirliynin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) təhlükəsizlik tədbirləri ilə əlaqədar hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrindən paytaxt və Sumqayıt şəhəri istiqamətinə bütün növ nəqliyyat vasitələrinin girişi, habelə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunacaq.

“Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranamaması üçün xüsusi rejimə riayət edilməsi məqsədilə 18 mart tarixində günorta saatlarından sonra paytaxt istiqamətinə hərəkət etməsinlər. Həmçinin sürücülərin diqqətinə çatdırılır ki, xüsusi buraxılış rejimi qaydalarını pozan, eləcə də polisin qanuni tələblərinə tabe olmayan şəxslər haqqında ciddi məsuliyyət tədbirləri tətbiq olunacaq," məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG