Accessibility links

Keçmiş müdafiə naziri polisə çağırılıb


Keçmiş müdafiə naziri Rəhim Qazıyev
Keçmiş müdafiə naziri Rəhim Qazıyev

Rəhim Qazıyev polisə çağırılmasını prezidentə ünvanladığı açıq məktubla əlaqələndirir

Keçmiş müdafiə naziri Rəhim Qazıyev aprelin 9-da Səbayel Rayon Polis İdarəsinə çağırılıb.

Polisə çağırılmasının səbəbi kimi bir il bunda əvvəl Təhmasib Novruzovla debat zamanı yaranmış insident göstərilir. Novruzov Rəhim Qazıyevin debatda onun şərəf və ləyaqətini alçaltdığına görə polisə şikayət edib.

Qazıyev Novruzovun bir il əvvəl baş vermiş olaya görə indi şikayət etməsini belə izah edib.

“Deməli gerçək səbəb bu deyil. Polisə dəvət edilməyimin əsl səbəbi prezident İlham Əliyevə yazdığım açıq məktubdur. Gerçək səbəbi bu yolla pərdələyirlər. Necə olur ki, bir il qabaq baş verənlər mənim dövlət başçısına açıq məktubumdan sonra yada düşür?”, o sual edib.

Xatırladaq ki, Rəhim Qazıyev bu ilin martında prezident Əliyevə açıq məktub göndərib və məktubu yerli media dərc edib. Məktubda hökumətin əsgər ölümünə və ictimai narazılıqlara münasibəti tənqid edilib.

Bundan sonra, martın 19-da naməlum şəxslər keçmiş müdafiə nazirini saxlayaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aprıb. O 6 saat saxlandıqdan sonra azad buraxılıb.

Rəhim Qazıyev saxlanılmasını prezidentə ünvanladığı açıq məktubla əlaqələndirib.

“Mən məktubumda təhqir yazmamışam. Bir vətəndaş kimi arzularımı bildirmişəm. Yol gedərkən başıma torba salıb aparırlarsa, sabah başqa şeylər də ola bilər”, o qabaqcadan gözlənilən təhlükələr barədə xəbər verib.
XS
SM
MD
LG