Accessibility links

Rekord daşqınlardan sonra avstraliyalılar evlərinə qayıdır


Avstraliyanın şimalında yerləşən Kuinslend ştatının Taunsvil şəhərində baş verən güclü daşqınlardan sonra çərşənbə günü sakinlər evlərinə geri qayadaraq, təmizlik və dəymiş ziyanın qiymətləndirməsinə başlayıb.

Taunsvil şəhərinin rəsmiləri yağış sularınının qarşısını alan bəndin qapılarını açdığı üçün bazar ertəsi 1100-dən çox insanı evakuasiya etməli olmuşdu.

Sığorta şirkətinin ilkin araşdırmalarına görə, şəhərə dəyən zərərin dəyəri 32 milyon dollardan çoxdur.

Taunsvil şəhərinin merdi Cenni Hill son yağışları “yüz ildə bir olan” hadisə adlandırıb.

Son bir həftə ərzində bölgəyə 1012 millimetr yağış yağıb. 1998-ci ildə yağıntılar üçün əvvəlki rekord 886 millimetr idi.

XS
SM
MD
LG