Accessibility links

BMT baş katibi: Rekord sayda ölkə zorakı münaqişələrə cəlb olunub


BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, “zorakı münaqişələrə” cəlb olunmuş ölkələrin sayı son 30 ildə ən yüksək həddə çatıb, münaqişələrdə öldürülən insanların sayı isə 2005-ci ildən bəri on dəfə artıb.

Antonio Quterreş əlavə edib ki, tələfatların sayına əsasən müharibə kimi səciyyələndirilən “zorakı vəziyyətlər”in sayı 2007-ci ildən bəri üç dəfə artıb.

BMT-nin baş katibi daha kiçik münaqişələrin sayının 2007-ci ildən bəri 60 faiz artdığını bildirib. Lakin o, spesifik detallara toxunmayıb.

Rohinca qaçqınları Banqladeşdə qaçqın düşərgəsində
Rohinca qaçqınları Banqladeşdə qaçqın düşərgəsində

“Münaqişələrin qarşısının alınması indi əvvəl olduğundan daha zəruridir”, Antonio Quterreş müxbirlərə bildirib. "Vasitəçilik bizim səylərimizin fundamental alətinə çevrilib", o daha sonra əlavə edib.

Quterreş bu açıqlamaları Norveç paytaxtında Oslo Sülh Forumunda verib. O deyib ki, regional münaqişələr və qlobal terrorizm "istənilən yerdə istənilən zaman baş qaldıra biləcək" yeni mübarizə hədəfləridir.

Oslo Forumunda Somali, Əlcəzair, İordaniya, Oman və Tanzaniyanın da liderləri iştirak edib. Ağ Evin İŞİD-ə qarşı mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi də foruma qatılıb.

Yəmənin Hodeyda bölgəsində müharibədən qaçmış məcburi köçkünlər
Yəmənin Hodeyda bölgəsində müharibədən qaçmış məcburi köçkünlər

BMT-nin Qaçqınlar agentliyi keçən il dünyada rekord sayda-təxminən 69 milyon insanın müharibə, zorakılıqlar və təqiblərdən qaçaraq məcburi köçkün olduğunu bildirir.

BMT-nin qaçqınlar üzrə Ali komissarı agentliyin çərşənbə axşamı günü açıqladığı illik Qlobal Tendensiyalar Hesabatında bildirib ki, Cənubi Sudan və Konqo kimi ölkələrdə münaqişələrin davam etməsi, eləcə də keçən il Rohinca müsəlmanlarının Myanmadan kütləvi şəkildə qaçması nəticəsində 2017-ci ildə məcburi köçkünlərin sayı 68.5 milyona çatıb.

XS
SM
MD
LG