Accessibility links

Reks Tillerson Afrikada səfərdədir


ABŞ dövlət katibi Reks Tillerson bazar ertəsi Çadın paytaxtı Ncamenaya gedib. Orada o, Çadın prezidenti İdris Debi ilə görüşəcək.

Daha sonra Tillerson Nigeriyanın prezidenti Muhammadu Buhari ilə danışıqlar aparmaq üçün Nigeriyanın paytaxtı Abucaya səfər edəcək.

Tillerson şənbə günü “özünü yaxşı hiss etmədiyini” deyərək həmin günə təyin olunan bütün görüşləri təxirə salıb, bazar günü isə görüşlərinə davam edib.

O, bazar günü Nayrobidəki ABŞ səfirliyində baş verən bomba hücumu nəticəsində ölənlərin xatirəsinə əklil qoyub.

Dövlət Departamentinin verdiyi məlumata görə, Tillerson şənbə günü görüşləri son dərəcə məşğul gündən sonra dincəlmək məqsədilə təxirə salıb.

“Dövlət katibi ABŞ-da bir neçə uzun gün boyunca Şimali Koreya kimi vacib məsələlər üzərində işlədiyi üçün özünü yaxşı hiss etmir və bu günə təyin olunan görüşləri təxirə salıb,” deyə dövlət katibinin müavini Stiv Qodstin bildirib.

Tillerson bazar günü cədvəlinə Keniyanın xarici işlər naziri Monika Cuma ilə görüş əlavə edib, çünki cümə günü onunla çox qısa görüş keçirə bilmişdi.

XS
SM
MD
LG