Accessibility links

Reks Tillerson Sergey Lavrovla görüşəcək


ABŞ dövlət katibi Reks Tillerson çərşənbə günü Vaşinqtonda rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Onlar Suriya, Ukrayna və bir sıra digər ikitərfəli məsələləri müzakirə edəcəklər.

“Suriya məsələsinə gəldikdə dövlət katibi zorakılığı aradan qaldırılması, Suriya xalqına humanitar yardımın çatdırılması və münaqişənin siyasi həlli ilə bağlı səyləri müzakirə etməyi planlaşdırır”, deyə Dövlət Departamentinin bazar ertəsi verdiyi bəyanatda bildirilir.

Bu görüş ABŞ müdafiə naziri Cim Mattisin ABŞ-ın Rusiyanın Suriyada de-eskalasiya zonaları yaratmaq planını diqqətli bir şəkildə nəzərdən keçirəcəyini deməsindən sonraya təsadüf edir.

Ötən həftə Rusiya, Türkiyə və İran Moskvanın tərtib ediyi razılığı imzalayıblar. Razılıqda altı-illik müqanişəyə son qoymaq məqsədilə Suriyada de-eskalasiya zonalarının yaradılması təklifi irəli sürülüb.

Suriya atəşkəsinin üç zamin nümayəndə ölkəsi memorandum Qazaxstanın paytaxtı Astanada sülh danışıqlarının son mərhələsində imzayıblar.

Razılaşmaya əsasən ölkənin qiyamçıların İŞİD-lə assosiasiya olunmadığı dörd ərazidə hərbi əməliyyatların dayandırılması istiqamətində müvafiq addımların atılmasını nəzərdə tutulur.

Bu təşəbbüs cümə günü qüvvəyə minib. Rusiya ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələrinin de-eskalasiya zonalarına daxil olmasının qadağan olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG